Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/85/98-102

Gülçöhrə Kamal qızı Hüseynzadə 

 Azərbaycan Respublikası Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyası

magistrant

gulu.huseyn23@gmail.com


BEYNƏLXALQ HÜQUQİ MƏSULİYYƏTİN

ANLAYIŞI HAQQINDA


Xülasə

Hüquq məsuliyyətinə dair müddəalar qanunların və digər normativ aktların sanksiyalarda ifadə olunur. Bu termin şəxsin üzərinə qoyulmuş vəzifələrin hazırda və gələcəkdə həyata keçirilməsinə görə üzərinə götürdüyü öhdəlik kimi başa düşülür. Hüquqi məsuliyyət anlayışı hüququn zəruriliyinə və labüdlüyünə inam, yüksək səviyyəli qanunvericilik texnikası, qanunvericiliyin təkmil halı, hüquq tətbiq etmə bacarığı və s. kimi tərkib hissələrdən ibarətdir. Beynəlxalq-hüquqi məsuliyyət anlayışı beynəlxalq hüquqda və dövlətlərarası münasibətlərdə xüsusilə əhəmiyyət kəsb edən bir institutdur. Hüquq qaydasının pozulması məsuliyyətə səbəb olur, eynilə bu beynəlxalq hüquq üçün də keçərlidir. Belə ki, beynəlxalq hüquqda hər bir dövlət öz ərazisində başqa bir dövlətin və ya onun vətəndaşlarının hüququnun pozulması üçün də məsuliyyət daşıyır. Beynəlxalq hüquqda məsuliyyət dedikdə, beynəlxalq hüquqi pozğunluq və ya beynəlxalq cinayət əməli nəticəsində müəyyən dövlətin və ya beynəlxalq hüququn digər subyektinin üzərinə düşən maddi, mənəvi və siyasi hüquqi nəticələrin məcmusu başa düşülür. Sözügedən məqalə beynəlxalq hüquqi məsuliyyətin anlayışını müxtəlif aspektlərdən tədqiq edir. 

Açar sözlər: məsuliyyət, təqsir, pozuntu, konvensiya, hüquqi sanksiyalar, beynəlxalq cinayət


Gulchohra Kamal Huseynzade

Academy of Public Administration under the President of the Republic of Azerbaijan

master student

gulu.huseyn23@gmail.com


About the concept of international legal responsibility


Abstract

Provisions on legal responsibility are expressed in sanctions of laws and other normative acts. This term is understood as the obligation assumed by a person for the implementation of the duties imposed on him/her now and in the future. The concept of legal responsibility is a belief in the necessity and inevitability of law, high-level legislative technique, advanced state of legislation, ability to apply law, etc. consists of components such as. The concept of international legal responsibility is an institution of particular importance in international law and interstate relations. Thus, in international law, every state is also responsible for the violation of the rights of another state or its citizens in its territory. Responsibility in international law means the set of material, moral and political legal consequences that fall on a certain state or other subject of international law as a result of an international legal violation or an international criminal act. The mentioned article explores the concept of international legal responsibility from different aspects.

Keywords: liability, guilt, violation, convention, legal sanctions, international crime





Baxış: 530