DOI: https://doi.org/10.36719/2707-1146/26/12-16
Akif Əyyub oğlu Salehov
V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu
tibb elmləri doktoru
Marina Rüstəm qızı İsmayıl
V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu
dissertant
AZƏRBAYCANDA ƏHALİNİN DƏRİ LEYŞMANİOZU İLƏ XƏSTƏLƏNMƏ DİNAMİKASI
Xülasə
Azərbaycanda 1987-ci ilə qədər dəri leyşmaniozunun ocaqları Gəncə və Bərdə şəhərlərində aşkar edilmişdir. Lakin 1987-ci ildən bu günə kimi dəri leyşmaniozu Respublikanın müxtəlif regionlarında yerləşən 38 şəhər və rayonlarda rast gəlmişdir.1989-cu ildən 2022-ci ilə qədər Respublikada 1753 dəri leyşmaniozu xəstəsi aşkar edilmişdir. Ən çox xəstə Kür-Araz düzənliyində (88,7±0,76 %) ən az isə Orta-Araz vilayətində (0,06±0,06%) qeydə alınmışdır.
Kənd əhalisi arasında (79,78±0,96%) dəri leyşmaniozu şəhər əhalisindən (20,22±0,96%) 3 dəfə çox rast gəlir.
Müşahidə aparılan 4 rayonda 10 növ mığmığa aşkar edilmişdir.
Açar sözlər: dəri leyşmaniozu, mığmığalar, epidemiologiya, profilaktika, parazitologiya
Akif Ayyup Salehov
V.Akhundov Scientific Research Medical Prophylactic Institute
doctor of medicine
Marina Rustam Ismayil
V.Akhundov Scientific Research Medical Prophylactic Institute
dissertation student
Dynamics of morbidity of the population with cutaneous leishmaniasis in Azerbaijan
Abstract
Until 1987, foci of cutaneous leishmaniasis were found in the cities of Ganja and Barda. From 1987 to the present day, cutaneous leishmaniasis has been registered in more than 38 districts and cities located in different regions of the Republic.
From 1989 to 2022, 1753 patients were identified among the population in the Republic. Most patients were registered in the Kura-Araks lowland (88.7±0.76%), least of all in the Middle-Araks region (0.06±0.06%).
Among people living in rural areas, cutaneous leishmaniasis was detected 3 times more (79.78±0.96%) than in people (20.22±0.96%) living in cities. In 4 districts, 10 species of mosquitoes were identified.
Keywords: cutaneous leishmaniasis, mosquitoes, epidemiology, prevention, parasitology