DOI: https://doi.org/10.36719/2706-6185/18/9-15
Günay İlham qızı Həsənova
Azərbaycan Respublikası Prezidentinin Yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
Nərmin Sarıbala qızı Yusifli
Azərbaycan Respublikası Prezidentinin Yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
Səlahət Akif qızı Ağazadə
Azərbaycan Respublikası Prezidentinin Yanında
Dövlət İdarəçilik Akademiyası
Magistrant
İSRAİL VƏ FƏLƏSTİN MÜNAQİŞƏSİ DANIŞIQLAR İŞIĞINDA
Xülasə
Məqalədə XX əsrdən günümüzə qədər gəlib çıxan, beynəlxalq aktorların diqqət mərkəzində olan, münaqişə vəziyyətindəki İsrail və Fələstin dövləti arasındakı məsələlərin danışıqlar masasına keçirilməsi dövrü araşdırılmışdır.
Əsasən iki dövlət arasındakı sülh danışıqlarından bəhs edilmiş, xronoloji və müqayisəli metodlardan istifadə edilməklə iki dövlət arasındakı mübahisəli məsələlər və onların sülh prosesinə mənfi təsirinə toxunulmuşdur. Araşdırmada Qüdsün statusu, fələstin qaçqınları, yəhudi köçkünləri, Fələstinin dövlətinin taleyi kimi mübahisəli məsələlərin həlli istiqamətində atılan addımlara və sülh prosesinin gedişatı və nəticələri analiz edilmişdir.
Açar sözlər: İsrail-Fələstin münaqişəsi, Qüdsün statusu, Oslo danışıqları, qaçqınlar, yəhudi köçkünləri, Fələstin dövlətinin taleyi
Gunay Ilham Hasanova
President of the Republic of Azerbaijan next to the
Academy of Public Administration
master
Narmin Saribala Yusifli
President of the Republic of Azerbaijan next to the
Academy of Public Administration
master
Salahat Akif Agazada
President of the Republic of Azerbaijan next to the
Academy of Public Administration
master
Israel and Palestine Conflict In The Light Of Negotiations
Abstract
The article examines the era of bringing conflicting issues between Israel and the Palestinian state to the negotiating table, which has been the focus of international actors from the 20th century through till present day.
The primary subject of discussion was the peace talks between the two states, and the controversial issues between the two states and their detrimental impact on the peace process were addressed using chronological and comparative methodologies. The research investigated the peace process's progress and outcomes, as well as the efforts taken to resolve contentious problems such as the status of Jerusalem, Palestinian refugees, Jewish settlements, and the fate of the Palestinian state.
Keywords: Israeli-Palestinian conflict, status of Jerusalem, Oslo negotiations, refugees, Jewish settlers, the fate of the Palestinian state