DOI: https://doi.org/10.36719/2707-1146/29/7-13
Elfira Zaur qızı Ağayeva
Gəncə Dövlət Universiteti
biologiya üzrə fəlsəfə doktoru
Güləbatın Vaqif qızı Hümbətova
Gəncə Dövlət Universiteti
aqrar elmləri üzrə fəlsəfə doktoru
UOT: 575.17:582.736+577.21
NADİR NÖV OLAN ASTRAGALUS GJUNAICUS A.GROSSH. (FABACEAE)
NÖVDAXİLİ POLİMORFİZMİNİN ÖYRƏNİLMƏSİ
Xülasə
Azərbaycanda nadir endemik növ olan Astragalus gjunaicusun altı populyasiyasının genetik müxtəlifliyini qiymətləndirmək üçün genom DNT-nin (ISSR) növlərarası analiz metodundan istifadə edilib. Beş primerlə DNT amplifikasiyası nəticəsində 89 DNT fraqmenti əldə edilmişdir ki, onlardan 81-i (94,1%) polimorf olmuşdur. Zivlan populyasiyasının digər populyasiyalarla müqayisədə oxşarlıq səviyyəsi aşağı, Nei oxşarlıq əmsalı isə 0,139 idi. Zivlan populyasiyasının digər populyasiyalarla aşağı oxşarlığı onun uzunmüddətli təcrid olunmasını sübut edir. Əldə edilmiş nəticələr əsasında Astragalus gjunaicusun mühafizəsi strategiyası təklif edilmişdir.
Açar sözlər: Fabaceae, Astragalus gjunaicus, genetik dəyişkənlik, ISSR, nadir növ, bitkilərin mühafizəsi
Elfira Zaur Aghayeva
Gandja State University
Ph.D in Biology
Gulabatin Vagif Humbatova
Gandja State University
Ph.D in Agricultural Sciences
Study of intraspecific polymorphism of rare species Astragalus gjunaicus
A.Grossh. (FABACEAE)
Abstract
The method of interspecific analysis of genome DNA (ISSR) was used to assess the genetic diversity of six populations of Astragalus gjunaicus, a rare endemic species in Azerbaijan. As a result of DNA amplification with five primers, 89 DNA fragments were obtained, of which 81 (94.1%) were polymorphic. The Zivlan population had a low level of similarity compared to other populations, with a Nei similarity coefficient of 0.139. The low similarity of the Zivlan population to other populations proves its long-term isolation. Based on the results obtained, a strategy for the protection of Astragalus gjunaicus has been proposed.
Keywords: Fabaceae, Astragalus gjunaicus, genetic variability, ISSR, rare species, plant protection