Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/88/33-40

 Mahirə Quliyeva 

Azərbaycan Milli Konservatoriyası 

doktorant 

[email protected] 


KLARNETİN TARİXİ İNKİŞAFI VƏ ƏLƏKBƏR ƏSGƏROVUN

ALƏT ÜZƏRİNDƏ ETDİYİ YENİLİKLƏR


Xülasə

Bu məqalədə Avropa mənşəli klarnet alətinin yaranma və inkişaf tarixi, eləcə də Azərbaycana gətirilməsi dövrü nəzərdən keçiriləcək. Burada, Azərbaycan nəfəs çalğı alətlərinin virtuoz və yenilikçi ifaçısı, rəqs melodiyaları və muğam rənglərinin bəstəkarı, xalqın görkəmli nümayəndəsi Ələkbər Əsgərovun düzəltdiyi klarnet və üzərində etdiyi innovativ dəyişikliklər təqdim olunacaq. Bundan başqa, Azərbaycanın sevilən bəstəkarı, pianoçu və cazmen Rafiq Babayevin qəzetdə yayımlanan xatirələri, həmçinin xalq artistləri – Əlibaba Məmmədov, Nəriman Əzimov və Siyavuş Kəriminin YouTube səhifəsində yerləşdirilən ustad haqqında video çıxışları dipnot yazılarında təqdim olunacaq. 

Ələkbər Əsgərov – balaban, zurna, tütəkney kimi milli alətlərimizin çalğı imkanlarını mükəmməl bildiyinə görə, Avropa aləti sayılan klarnet üzərində dəyişikliklər etmiş və yeni çalğı sistemi yaratmışdır. Beləliklə, o, özünəməxsus klarnetin fəqli tembr səslənməsinə nail olmuşdur. Ə.Əsgərovun klarnet alətindəki çalğıları bir çox sənətkarların ifalarından elə bu səbəbdən seçilir. Özünəməxsus ifaçılıq məktəbi yaradan sənətkar çalğı üslubuna görə musiqiçilər tərəfindən “Ələkbər Əsgərov yolu” adına layiq görülmüşdür.

Ələkbər Əsgərov, milli alətlərimiz – balaban, zurna, neytütəyin texniki və çalğı xüsusiyyətlərini mükəmməl bilirdi. Ə.Əsgərovun milli nəfəs çalğı alətlərimizin ifaçılıq xüsusiyyətlərini dərin bilikləri klarnetdə yeni çalğı imkanlarını yaratmağa əsas yaratmışdır. Ustad öz klarnetini düzəldərək alətin gövdəsinin və klapanlarının uzunluqlarını nəzərəçarparaq dəyişdirmişdir. Ə.Əsgərov “As” sistemində düzəltiyi klarnet Avropanın “A” və “B” sistemli klarnetlərindən səs tembri və uzunluq ölçülərinə görə fərqlənir. 

Məqalədə yer alan fotoşəkillər Ələkbər Əsgərovun orijinal alətlərindən çəkilib. Üç alət növü “A” (alman), “B” (fransız) və “As” (Ə.Əsgərovun) klarnet nümunələri qarşı-qarşıya qoyularaq çəkilib. 

Açar sözlər: Azərbaycan, Ələkbər Əsgərov, klarnet, Avropa, inkişaf, ifaçı, innovasiya


Mahira Guliyeva

Azerbaijan National Conservatory

Ph.D student

[email protected]


The history of the creation of the clarinet and innovations made on the

instrument by Alakbar Asgarov


Abstract

This article will consider the history of the origin and development of the European clarinet instrument, as well as its distribution in Azerbaijan. Innovative works on the creation and development of the clarinet by the outstanding representative and innovator Alakbar Asgarov, who is one of the virtuoso wind instrument performers in Azerbaijan, will also be presented. In addition, A.Asgarov is the creator of dance melodies and mugham rengs for wind instruments. The memoirs of the outstanding composer, jazzman and pianist Rafik Babayev about Alakbar Asgarov will also be presented here, as well as video links to YouTube with interviews of people`s artists of Azerbaijan such as Alibaba Mammadov, Nariman Azimov and Siyavush Kerimi.

A.Asgarov perfectly mastered the clarinet and knew the technical and musical capabilities of national wind instruments such as balaban, zurna (surna), ney (nay) and tutek. It was the deep knowledge of the performing capabilities of the folk wind instruments of Azerbaijan that made it possible to create his own clarinet and make changes to the development of performing qualities on this instrument. The changes introduced by Asgarov when creating his clarinet were noticeably reflected in the sound and size of all the components of the instrument. 

The clarinet of the «As» system made by Asgarov will be presented in comparison with European instruments of the German «A» and French «B» systems. All photos are taken from original instruments owned by Alakbar Asgarov. 

Keywords: Azerbaijan, Alakbar Asgarov, clarinet, Europe, development, performer, innovation 

MƏQALƏNİ YÜKLƏ [932,71 Kb] (yüklənib: 36)


Baxış: 260
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]