Əşrəf Məmmədli
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
eshref.78@mail.ru
Əlövsət Xudiyev
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
xudiyev_56@mail.ru
QARAMALLARDA MADDƏLƏR MÜBADİLƏSİNİN POZULMASI VƏ ONUN QARŞISININ ALINMASI YOLLARI
Xülasə
Hazırda əhalinin heyvandarlıq məhsullarına artan tələbatını təmin etmək məqsədilə heyvanların cins tərkibinin yaxşılaşdırılması çox böyük əhəmiyyət kəsb edir. Lakin bir sıra xəstəliklər nəticəsində heyvanların baş sayı azalır, məhsuldarlıq aşağı düşür, təsərrüfatlara ciddi ziyan dəyir.
Bunun səbəblərindən biri də kənd təsərrüfatı heyvanlarında maddələr mübadiləsinin pozulmasıdır. Bu qrup xəstəliklər bütün yoluxmayan xəstəliklərin 10%-dən çoxunu təşkil etməklə südçülük, kökəltmə təsərrüfatlarına çox böyük iqtisadi ziyan verir. Odur ki, kənd təsərrüfatı heyvanlarında maddələr mübadiləsinin pozğunluğu nəticəsində baş verən xəstəliklərin qarşısının vaxtında alınması vacib məsələdir.
Açar sözlər: maddələr mübadiləsi, orqanizm, saxlama şəraiti, simptomatik müalicə, balanslaşdırılmış yemləmə, raxit
Ashraf Mammadli
Azerbaijan Scientific Research Veterinary Institute
eshref.78@mail.ru
Alovsat Khudiyev
Azerbaijan Scientific Research Veterinary Institute
xudiyev_56@mail.ru
Metobolic disorders of cattle and ways of counteacting it
Abstract
Although metabolism is a one and only biological process for organism, it is often in the form of deterioration of protein, carbohydrate, lipid, metabolism and vitamins and mineral supplements. As a result, animals have a number of diseases. Ketosis and osteodystrophy of animals belonging to this group of deseases, can be noted. Disruption of calcium-phosphorus metabolism in young animals leads to rickets.
Balanced feeding, clean and sunny air strengthens the body of baby animals, increases their weight, and enhances their resistance to disease.
Keywords: metabolizing, organisms, detention conditions, symptomatic treatment, balanced feeding, rickets