DOI: 10.36719/AEM/2019/01/9-12
Şəmil Quliyev
Azərbaycan Arıçılar İttifaqı
shamil.guliyev@mail.ru
ARIÇILIQDA DAMAZLIQ İŞİNİN ZƏRURİLİYİ
Xülasə
Dünya arıçılığında birmənalı şəkildə qəbul olunmuşdur ki, ildən ilə gərginləşməkdə davam edən ekoloji vəziyyət, mənfi istiqamətli texnogen fəaliyyət təsirləri, qlobal iqlim dəyişkənlikləri şəraitində və arıçılıq məhsullarına qoyulan beynəlxalq standartların sərt tələbləri qarşısında rəqabət qabiliyyətli, stabil inkişaf xarakterli, məhsuldar və gəlirli arıçılıq təsərrüfatlarının yaradılması yalnız mütərəqqi təcrübə və texnologiyalara söykənən, sənaye istehsallı və hərtərəfli elmi-texniki təchizat xarakterli kompleks tədbirlərlə mümkündür. Arıçılıqda müasir tələblərə cavab verən damazlıq işinin təşkili aşağıda qeyd olunan məsələlərin kompleks və bir-birini tamamlayan, biri digəri üçün əlverişli tətbiq mühiti formalaşdıran və ardıcıllığı pozulmayan mərhələlərlə həll edilməklə təmin olunur.
Müasir arıçılıqda damazlıq işi arıçılığın ən önəmli texnoloji proseslərindən biri olmaqla yanaşı, arıçılığın digər sahələrinin də inkişafı üçün tətbiq olunan texnoloji proseslərin uğurla nəticələnməsini şərtləndirən əsas təsiredici və ya yardımçı amil kimi də istifadə olunmaqdadır.
Açar sözlər: arıçılıq, damazlıq işi, ana arı, seleksiya-damazlıq işi, təbii iqlim şəraiti
Shamil Guliyev
Azerbaijan Beekeepers Union
shamil.guliyev@mail.ru
Importance of breeding in beekeeping
Abstract
I consider it is necessary to inform about one of the important factor about importance of breeding in beekeeping. So far, science has not yet been created new bee species. Therefore, the potential of modern beekeeping in terms of gene resources is very limited, and this potential is only 24 aboriginal bees in the world, with very few of them having significance in the industrial beekeeping. The organization of breeding work that meets modern requirements in beekeeping is ensured by solving the following issues in complex and complementary stages that form a favorable application environment for each other and do not break the sequence.
As one of the main leading direction of breeding beekeeping is breeding bee and F1 (first generation hybrid bee) it is more important to focus on this area. At present, more than 99% of the beekeeping and bee families in the country are owned by the private sector that is why It is impossible to achieve any success without using the private sector's human resources, base capabilities and experience in organizing beekeeping.
Keywords: beekeeping, breeding work, native bees, selection-breeding work, natural climatic conditions