DOI: 10.36719/AEM/2019/01/17-22
Aqil Mehdiyev
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
agil.mehdiyev@mail.ru
ZEBU VƏ ZEBUÇULUQ
Xülasə
Zebu və zebunövlü mal öz möhkəm konstitutsiyası, yüngül və möhkəm sümüyü, bərk dırnağı, qan parazitar xəstəliklərə dözümlülüyü və yemə az tələbkarlığı, mühitə tez uyğunlaşması ilə fərqlənir.
Yer üzərində zebunun ən çox baş sayına görə yayılma ocağı Asiya və Afrika ölkələridir ki, məhz o mənbədə əsas mənşə hesab olunur. Sonrakı dövrlərdə zebu (hürgüclü mal) tezliklə Latın Amerikası, Kuba, Avstraliya, yeni Zelandiya ölkələrinə çox sürətlə yayılmış və yeni cins və tiplərin yaradılması əsasını qoyaraq avropa mənşəli qaramaldan üstünlük təşkil etmişdir.
Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəlki 2000-2500–cu illərdə rast gəlmək olur. Azərbaycan Elmlər Akademiyasının respublikanın Fizuli rayonunun “Yeddi təpə“ ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində əldə etdiyi faydalı tapıntılar içərisində tunc zebu fiqurları da vardır.
Açar sözlər: zebu, zebuçuluq, ətlik maldarlıq, genotip, qaramal növü
Agil Mehdiyev
Animal Husbandry Scientific Research Institute
agil.mehdiyev@mail.ru
Zebu and cattle breeding
Abstract
Zebu and zebu-type cattle are distinguished by their strong constitution, light and strong bones, strong nails, tolerance to blood parasitic diseases and low demand for food, quick adaptation to the environment.
The center of distribution of zebu in terms of the largest number of heads on earth is the countries of Asia and Africa, which is considered the main origin in that source. In later times, zebu (robust cattle) quickly spread to the countries of Latin America, Cuba, Australia, and New Zealand and dominated the cattle of European origin, laying the foundation for the creation of new breeds and types.
The first traces of the spread of zebu in the Republic of Azerbaijan can be found in 2000-2500 BC. There are also bronze zebu figures among the useful findings obtained by the Azerbaijan Academy of Sciences as a result of the archaeological excavations conducted in the "Yeddi Tepe" area of the Fizuli region of the republic.
Keywords: zebu, cattle-breeding, beef cattle, genotip, type of cattle