DOI: 10.36719/AEM/2019/01/34-35
Vüsalə Hidayət qızı Hüseynli
Azərbaycan Dövlət Pedaqoji Universiteti
vusala_11@mail.ru
XƏZƏRİN CƏNUB AKVATORİYASINDA SİYƏNƏKKİMİLƏRİN YAYILMASI
VƏ MİQRASİYA XÜSUSİYYƏTLƏRİ
Xülasə
Dünyanın böyük qapalı su hövzəsi olan Xəzər dənizi endemik balıq növlərinin çoxluğuna görə Avro-Asiya məkanındakı statusları arasında xüsusi yer tutur. Xəzərin Cənub akvatoriyasında siyənəkkimilərin ayrı-ayrı növlərinin, ilin mövsümündən asılı olaraq yayılma xüsusiyyətləri və miqrasiya müddətləri öyrənilmişdir. Tədqiqat nəticəsində siyənəkkimilərin ayrı-ayrı növlərinin dərinliklər üzrə yayılması müəyyən olunmuş, kürütökmə yerləri öyrənilmiş və en dairələri dəqiqləşdirilmişdir. Xəzər dənizində siyənəkkimilərin iki cinsi yayılmışdır. Bunlar kilkələr və siyənəklərdir. Hər iki cinsə mənsub olan növlər və yarımnövlərin yayılma xüsusiyyətləri tədqiq olunmuş və nəticələr müəyyənləşdirilmişdir.
Açar sözlər: Xəzər dənizi, siyənəkkimilər, kürü, qidalanma, miqrasiya xüsusiyyətləri
Vusala Hidayat Huseynli
Azerbaijan State Pedagogical University
vusala_11@mail.ru
Division and migration features of herring on south part of Caspian sea
Abstract
The Caspian Sea, which is the world's largest closed water basin, has a special place among its status in the Eurasian region due to the large number of endemic fish species. Distribution characteristics and migration periods of individual species of herrings depending on the season of the year were studied in the Southern Caspian water area. As a result of the research, the depth distribution of different species of herring was determined, the spawning grounds were studied and their latitudes were specified. Two genera of herring are common in the Caspian Sea. These are kilks and herrings. The distribution characteristics of the species and subspecies belonging to both genera were studied and the results were determined.
Keywords: Caspian sea, herring, caviar, feeding, migration characteristics