DOI: 10.36719/AEM/2019/01/36-41
Arzu Həsən qızı Əsgərova
AMEA Geologiya və Geofizika İnstitutu
doktorant
arzu.hasan@mail.ru
YENİ ANALİTİK MƏLUMATLAR ƏSASINDA OLİQOSEN-MİOSEN ÇÖKÜNTÜLƏRİN LİTOLOJİ-GEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ (YARDIMLI ÇÖKƏKLİYİ TİMSALINDA)
Xülasə
Talış zonasında tədqiq olunan oliqosen-üst miosen qatının çöküntüləri xeyli ərazinin tutur. Maykop çöküntüləri uzun müddət müxtəlif mütəxəssislərin tədqiqat obyekti olub. Beləki 1946-1948-ci illərdə Azərbaycan Neft Ekspedisiyası Talışda neftlilik cəhətdən perspektivli sahələri müəyyənləşdirmək məqsədilə regionun paleocoğrafiyası, tektonikası və stratiqrasiyasının tədqiqi üzrə işlər aparmışdır. Lakin ərazidəki çökmə süxurların litoloji tərkibləri və kimyəvi xüsusiyyətləri kifayət qədər öyrənilməmişdir. Bu baxımdan əldə etdiyimiz məlumatlar regionun litologiyası, süxurların mineraloji və kimyəvi tərkibi, çöküntü toplanma şəraiti haqqında müəyyən yeni nəticələrin alınmasına imkan verir. Tədqiqatın obyekti Talış zonasının Yardımlı çökəkliyi sahəsində yerləşən oliqosen-miosen yaşlı çöküntülərin açıldığı Yolocaq, Perimbel, Daşkənd, Yardımlı kəsilişləridir.
Açar sözlər: Oliqosen-miosen, Talış, Yardımlı çökəkliyi, litologiya, regionun paleocoğrafiyası
Arzu Hasan Asgarova
ANAS Institute of Geology and Geophysics
Ph.D student
arzu.hasan@mail.ru
Litological-geochemical characteristics of oligocene-miocene sediments
on the basis of new analytical information (on the example of yardimli deflection)
Abstract
The Oligocene-Upper Miocene sediments studied in Talysh zone occupy a considerable area. Maykop sediments have long been the object of research by various experts. Thus, in 1946-1948, the Azerbaijan Oil Expedition carried out studies of paleogeography, tectonics and stratigraphy of the region in order to determine promising areas in terms of oil production in Talysh. However, the lithological composition and chemical properties of sedimentary rocks in the area have not been sufficiently studied. In this regard, the information we have obtained allows us to obtain certain new conclusions about the lithology of the region, the mineralogical and chemical composition of the rocks, and the conditions of sediment accumulation. The object of the study is the Yolocaj, Perimbel, Tashkent, Yardimli intersections, where Oligocene-Miocene sediments are exposed, located in the Yardimli depression of the Talysh zone.
Keywords: Oligocene-miocene, Talish, Yardimli deflection, lithology, paleogeography of the region