DOI: https://doi.org/10.36719/2789-6919/20/98-102

Bəkir İsmayılov

Bakı Dövlət Universiteti

magistrant

[email protected]


TRANSGENDER FƏRDLƏRİN İDMAN YARIŞLARINDA

İŞTİRAKININ  HÜQUQİ TƏNZİMLƏNMƏSİ


Xülasə

Olimpiya xartiyasına əsasən hər bir insanın idmanla məşğul olmaq hüququ var. Hər bir fərd heç bir ayrı-seçkiliyə məruz qalmadan qarşılıqlı anlaşma tələb edən birlik, dostluq, və ədalətli oyun ruhu ilə idmanla məşğul olmaq imkanına malik olmalıdır. Bu zaman insanların dil, irq, rəng, din, cins, cinsi oriyentasiya, siyasi və ya digər əqidəsi, milli və ya sosial mənsubiyyəti, həmçinin başqa statusları nəzərə alınmamalıdır. Yəni insanlar heç bir ayrı-seçkilik olmadan bu hüquqlarından istifadə etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, idmançılar qadın və kişi olmaqla 2 kateqoriyada yarışlarda iştirak edirlər ki, bunun səbəb kimi qadınların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsəd kimi göstərilir. Belə ki, kişi idmançıların bioloji xüsusiyyətlərindən asılı olaraq qadın idmançılardan fiziki baxımdan üstün olması qadınların ədalətli rəqabət şəraitində yarışmaq hüququnu pozur. Həmçinin bu kateqoriyalar tərkibində də müəyyən alt-qruplar (çəki, yaş, fiziki imkanların məhdudluğu və s.) yaradılır ki, bunun da səbəbi idmanla məşğul olan istənilən şəxsin yarışlarda qalib gəlmək imkanına şərait yaradılmasıdır. 

Lakin trangender şəxslərin yarışlar zamanı kişi, yoxsa qadın kateqoriyasında çıxış etməli olması müəyyən fikir ayrılıqlarına səbəb olur. Bu hal ən çox “kişi” kimi dünyaya gəlib sonradan “qadın” olan şəxslərə şamil olunur. Belə ki, həmin şəxslərin orqanizmində təbii olaraq yüksək miqdarda əmələ gələn testosteron hormonunun yarışlarda rəqibləri üzərində  üstünlük yaratdığı hesab olunur.  

Bu məqalə transgender şəxslərin idman yarışlarında hansı şərtlər əsasında iştirak etməsi qaydalarının təhlilinə yönəlmişdir.

Açar sözlər: Beynəlxalq Olimpiya Komitəsi, Dünya Atletikası, testosteron hormonu, Olimpiya Oyunları, Olimpiya Xartiyası


Bakir Ismayilov

Baku State University

master student

[email protected]


Legal regulation of transgender persons participation in sports competitions


Abstract

According to the Olympic Charter, every person has the right to engage in sports. Every individual should be able to engage in sports in a spirit of unity, friendship, and fair play that requires mutual understanding without discrimination. In this case, people's language, race, color, religion, gender, sexual orientation, political or other beliefs, national or social affiliation, and other statuses should not be considered. That is, people should use these rights without any discrimination. Considering the above, athletes participate in competitions in 2 categories, male and female, and the reason for this is to ensure the protection of women's rights. Thus, the fact that male athletes are physically superior to female athletes, depending on their biological characteristics, violates the right of women to compete in fair competition. Also, within these categories, specific subgroups (weight, age, limited physical capabilities, etc.) are created, the reason for which to create conditions for any person involved in sports to win competitions.

However, whether transgender persons should perform in the male or female category during competitions causes specific differences of opinion. This situation mainly applies to people born "male" and later became "female." Thus, it is considered that the testosterone hormone, which is naturally produced in high amounts in the body of those people, gives them an advantage over their competitors in competitions.

This article focuses on analyzing the rules under which transgender people can participate in sports competitions.

Keywords: International Olympic Committee, World Athletics, testosterone hormone, Olympic Games, Olympic Charter

MƏQALƏNİ YÜKLƏ [404,04 Kb] (yüklənib: 36)


Baxış: 130
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]