DOI: https://doi.org/10.36719/2706-6185/22/198-202
Kamal Novruzov
"K Group" (Bakı Kart)
AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA CƏMİYYƏTİNİN YARADILMASININ HÜQUQİ ƏSASLARI
Xülasə
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin yaradılması hüquqi əsasları mövzusunun aktuallığı həm ölkəmizdə, həm də dünyada artmaqdadır. İnformasiya cəmiyyəti, müxtəlif informasiya vasitələri vasitəsilə bütün dünyada hər gün daha da genişlənir və inkişaf edir. Bu gün dünya informasiya cəmiyyətinin hər sahəsi artıq bir-biri ilə əlaqəlidir. Bu isə, ölkələr üçün informasiya cəmiyyətinin yaradılması və fəaliyyətinin hüquqi əsaslarının tənzimlənməsi məsələlərinin aktual olmasına səbəb olur.
Azərbaycan Respublikası da bu sahədə özünə düşən rol və məsuliyyəti yerinə yetirir və bu məqsədlə müxtəlif qanunlar və normativ-legal aktlar qəbul edilmişdir. Bu sənədlər informasiya cəmiyyətinin yaradılması, fəaliyyəti və müxtəlif msələlərinə dair hüquqi qaydalar təyin edir.
Məqalədə informasiya cəmiyyətinin yaradılması üçün əsas olan Azərbaycan Respublikasının əsas qanunları nəzərdən keçirilir və təhlil edilir.
Açar sözlər: hüquq, informasiya, informasiya cəmiyyəti, normativ-legal aktlar, e-qanun