DOI: https://doi.org/10.36719/2706-6185/23/28-34
Günel Hacalıyeva
Azərbaycan Dillər Universiteti
doktorant
dr.gatibe@gmail.com
ŞAH DÖNƏMİNDƏ İRAN-MİSİR MÜNASİBƏTLƏRİ
Xülasə
Məqalədə şah dönəmində İran-Misir münasibətlərindən bəhs olunmuşdur. İran və Misir arasında siyasi və diplomatik münasibətlər 1979-cu il İslam İnqilabının qələbəsindən sonra demək olar ki, kəsilmişdir. İki böyük Şərq ölkəsi arasında iqtisadi, ticari və mədəni əlaqələr məhdudlaşmışdır. Məqalədə Şah dönəmində İran-Misir münasibətləri İslam inqilabından sonrakı və müasir dönəmlə müqayisə edilmiş və ikitərəfli əlaqələrin davamlı və dayanıqlı olmaması onların bir-birinə münasibətinin emosional meyllərin üstünlük təşkil etdiyi millik kimlik aspektindən müəyyən olunması ilə izah edilmişdir. İran və Misir diplomatik əlaqələrinin dayanmasından təxminən 40 ildən çox zaman keçməsinə baxmayaraq, hələ də münasibətləri bərpa etməyiblər. Məqalə tarixi-müqayisə təhlil metodu əsasında yazılmışdır. Şah dönəminin fərqli mərhələlərində İran-Misir münasibətləri xarakterizə olunarkən müəyyən olunmuşdur ki, hər bir ölkənin tələbatlarının məcmusu sayılan və xarici siyasətin əsas motivə edici amili olan milli maraq iki ölkə arasında münasibətlərin inkişafında nəzərə alınmamışdır.
Məqalənin yazılmasında müxtəlif elmi mənbələrdən istifadə olunmuşdur.
Açar sözlər: İran, Misir, xarici siyasət, Şah Pəhləvi rejimi, Qərbin təsiri, C.Nasir, Ənvər Sədat, Kemp-Devid razılaşması, pan-ərəbizm, Şiə siyasi-məzhəb ideologiyası, İslam inqilabı
Gunel Hajaliyeva
Azerbaijan University of Languages
Ph.D student
dr.gatibe@gmail.com
Iran-Egypt relations during the rule of the shah
Abstract
In the article, Iran-Egypt relations during the Shah period were discussed. Political and diplomatic relations between Iran and Egypt were almost severed after the victory of the 1979 Islamic Revolution. Economic, commercial and cultural relations between the two big Eastern countries are limited. In the article, Iranian-Egyptian relations during the Shah period were compared with the post-Islamic revolution and the modern period, and the lack of continuity and stability of bilateral relations was explained by determining their relationship to each other from the aspect of national identity dominated by emotional tendencies. Although more than 40 years have passed since the end of diplomatic relations, Iran and Egypt have not yet restored relations. The article was written based on the method of historical-comparative analysis. When characterizing Iran-Egypt relations at different stages of the Shah's reign, it was determined that the national interest, which is the sum of the needs of each country and is the main motivating factor of foreign policy, was not taken into account in the development of relations between the two countries.
Various scientific sources were used in writing the article.
Keywords: Iran, Egypt, foreign policy, Shah Pahlavi regime, Western influence, J.Nasser, Anwar Sadat, Camp David agreement, pan-Arabism, Shia political-sectarian ideology, Islamic revolutio