Aygün Hüseynova
Azərbaycan Dillər Universiteti
TƏHSİLDƏ SOSİAL MEDİA VƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN İSTİFADƏ
Xülasə
Bu gün yaşadığımız həyatı informasiya kommunikasiya texnologiyaları olmadan təsvir etmək qeyri-mümkündür. İlk öncə, informasiya kommunikasiya texnologiyalarının və sosial şəbəkələrin yaradılmasında əsas məqsəd müxtəlif insanlar arasında ünsiyyət formalaşdırmaq olsa da, günümüzdə sosial media vasitələri həyatımızın hər bir sahəsinə təsir göstərməkdədir. Bu sahələrdən biri və ən mühümü də təhsil sektorudur. Xüsusilə, son illər ərzində, həm bütün dünyada, həm də ölkəmizdə mövcud olmuş pandemiya şəraiti sosial media vasitələrinin təhsil sistemindəki əhəmiyyətini bir daha sübut etdi. Tədris prosesində sosial media və rəqəmsal vasitələrdən istifadə şagird və tələbələrin tənqidi təfəkkür və yaradıcılığının artmasına, qarşılıqlı əlaqə və əməkdaşlığın qurulmasına təşviq edir, onların öz bilik, bacarıq və təcrübələrini başqa insanlarla bölüşməyə həvəsləndirən kommunikativ mühit yaradır. Sosial media vasitələri şagird və tələbələrə təlim prosesində öyrəndikləri məlumat, bilik və bacarıqları sinifdən kənar mühitdə tətbiq etmək şansı verir, onların şəxsi gücünü tanımağa kömək edərək tənqidi təfəkkürlərini işə salır.
Açar sözlər: sosial media, rəqəmsal texnologiya, internet, təhsil, sosial şəbəkə
Aygun Huseynova
Azerbaijan University of Languages
The use of social media and digital tools in education
Abstract
It is impossible to describe the life we live today without information communication technologies. First of all, although the main purpose of creating information communication technologies and social networks is to form communication between different people, today social media tools affect every area of our life. One of these areas and the most important is the education sector. In particular, the pandemic conditions that have existed throughout the world and in our country in recent years have once again proven the importance of social media tools in the education system. The use of social media and digital tools in the teaching process encourages the growth of students' critical thinking and creativity, the establishment of interaction and cooperation, and creates a communicative environment that encourages them to share their knowledge, skills and experiences with other people. Social media tools give pupils and students the chance to apply the information, knowledge and skills learned in the learning process outside the classroom, helping them to recognize their personal strengths and enable their critical thinking.
Keywords: social media, digital tools, internet, education, social network