Aysel Şükürova
Azərbaycan Respublikası DİN-in Polis Akademiyası
filologiya üzrə fəlsəfə doktoru
aysel_edu@yahoo.com
İNGİLİSDİLLİ HÜQUQİ DİSKURSUN TƏDRİSİNDƏ
TƏTBİQ OLUNAN METODLAR
Xülasə
Məqalədə ingilisdilli hüquqi diskursun tədrisində tətbiq olunan metodlardan bəhs edilir. Peşəkar kommunikativ niyyətlərin həyata keçirilməsi üçün xüsusi olaraq ayrı-ayrı ixtisas sahələrinə aid olan xarici dildə terminologiya və müvafiq akademik biliklərin öyrənilməsinə ehtiyac var. Bir insan üçün, həmçinin gələcək hüquq-mühafizə mütəxəssisi üçün vacib kommunikativ bacarıqlardan biri də xarici dildə ünsiyyət qurmaqdır. Kommunikativ səriştə anlayışı digər ünsiyyət iştirakçıları ilə qarşılıqlı əlaqə prosesində ünsiyyət qurma qabiliyyəti kimi başa düşülür. Deməli, dil sistemindən düzgün istifadə, nitq normalarına riayət edilməsi, uyğun şəraitin seçilməsi vacibdir. Məqalədə müəllif ingilisdilli hüquqi diskursun tədrisində əhəmiyyətli olan metodları təsvir edir. Eyni zamanda, müəllif bu metodların hansı ünsiyyət məqsədlərinə çatmağa kömək edəcəyini vurğulayır.
Açar sözlər: xarici dil, kommunikasiya, kommunikativ bacarıqlar, metodlar, hüquq-mühafizə orqanları
Aysel Shukurova
Police Academy of MIA of the Republic of Azerbaijan
Doctor of Philosophy in Philology
aysel_edu@yahoo.com
Methods used in teaching english legal discourse
Abstract
The article discusses the methods applied in English legal discourse teaching. For the realization of professional communicative intentions, there is a need to learn the terminology and relevant academic knowledge in a foreign language, specifically related to individual fields of specialization. One of the most important communication skills for a person, as well as for a future law enforcement specialist, is to communicate in a foreign language. The concept of communicative competence is understood as the ability to communicate in the process of interaction with other communication participants. Therefore, it is important to use the language system correctly, adhere to speech norms, and choose appropriate conditions. In the article, the author describes methods that are important in teaching English legal discourse. At the same time, the author emphasizes what communication goals these methods will help to achieve.
Keywords: foreign language, communication, communicative skills, methods, law enforcement agencies