Azad Akhmedbeyli
Azerbaijani State Customs Committee Academy
master student
azadakhmedbeyli1@gmail.com
The essence and the impact of free economic zones on the
economy
Abstract
The scientific work tells about the history of the formation and essence of free economic zones, the purpose of creating and influencing the state economic system of special economic zones. The scientific work will analyze the impact of free economic zones on the economy of the state.
Also in the scientific work, an analysis of one of the successful models of the free economic zone - the Dubai Special Zone will be carried out and the reasons for the success of this institution will be derived. The development of economic zones can lead to attracting foreign investment, increasing exports of products, creating new jobs and increasing incomes of the population. It also contributes to the development of innovative technologies, increasing the productivity and competitiveness of regional enterprises and reducing the dependence of the economy on oil and gas revenues. As a new institution of the modern era, the activity of Free Economic Zones is a mechanism that will contribute to the high standard of living of the population, diversification and healthy growth of the economy.
In general, the development of economic zones is an important factor in creating favorable conditions for business and investment, which can contribute to sustainable economic growth and development of the region and the country as a whole.
Keywords: free economic zones, investments, international trading, Dubai Special Economic Zone, economic law
Azad Əhmədbəyli
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Akademiyası
magistrant
azadakhmedbeyli1@gmail.com
Azad iqtisadi zonaların mahiyyəti və iqtisadiyyata təsiri
Xülasə
Elmi iş azad iqtisadi zonaların yaradılması tarixi, mahiyyəti, azad iqtisadi zonaların yaradılmasının və inkişaf edilməsinin məqsədləri barədə məlumatları əks etdirəcəkdir. Elmi iş azad iqtisadi zonaların dövlət iqtisadiyyatına təsirini tədqiq edəcəkdir. Həmçinin, məqalədə azad iqtisadi zonaların ən uğurlu modellərindən biri hesab edilən – Dubay Xüsusi Zonasının uğurunun səbəbləri haqqında məlumatlar əks etdiriləcəkdir.
Azad iqtisadi zonaların inkişafı xarici investisiyaların cəlbinə, məhsul ixracatının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin artırılması ilə nəticələnə bilər. Həmçinin, Azad iqtisadi zonaların inkişafı innovativ texnologiyaların inkişafına, regional müəssisələrin məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasına və iqtisadiyyatın neft və qaz gəlirlərindən asılılığının azalmasına kömək edir. Müasir dövrün yeni institutu olaraq azad iqtisadi zonaların fəaliyyəti əhalinin yüksək yaşayış səviyyəsinin, iqtisadiyyatın diversifikasiyasını və sağlam artımını şərtləndirəcək mexanizmidir.
Ümumiyyətlə, iqtisadi zonaların inkişafı davamlı iqtisadi inkişafa, həm ölkənin, həm də bütövlükdə bölgənin inkişafına kömək edə biləcək əlverişli iş və investisiya mühitinin yaradılmasında mühüm amildir.
Keywords: free economic zones, investments, international trading, Dubai Special Economic Zone, economic law