Aynur Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
mehdizade-2017@bk.ru
KƏND TƏSƏRRÜFATINDA İNNOVASİYA YÖNÜMLÜ
İNVESTİSİYA QOYULUŞLARI
Xülasə
Kənd təsərrüfatı sahəsində uğur qazanmaq üçün təbii və digər resursların olması ilə yanaşı və daha çox həmin resurslardan daha səmərəli istifadə etməkdən asılıdır. Belə imkanı kənd təsərrüfatı istehsalçılarına öz istehsallarında tədbiq edəcəkləri innovasiyalar verir. Kənd təsərrüfatı sahəsinə innovasiyaların tədbiqi böyük maliyyə qoyuluşları tələb edir. İnnovasiya yönümlü investisiya qoyuluşları bu məsələdə kənd təsərrüfatı əmtəə istehsalçılarına böyük dəstək verir. Bu baxımdan tədqiqatımızın mövzusu kifayət qədər aktualdır. Məqalədə kənd təsərrüfatında innovasiya yönümlü investisiya qoyuluşlarından, onların xüsusiyyətlərindən bəhs edilir.
Açar sözlər: innovasiya, investisiya, maliyyə, özəl investorlar, dövlət dəstəyi, innovasiya strategiyası, səmərə
Aynur Mammadova
Azerbaijan State Agrarian University
mehdizade-2017@bk.ru
Investments for innovation in agriculture
Abstract
Success in agriculture depends not only on the availability of natural and other resources, but also on the more efficient use of those resources. Such an opportunity gives agricultural producers innovations that they will apply in their production. The implementation of innovations in the field of agriculture requires large financial investments. Innovation-oriented investments provide great support to agricultural commodity producers in this regard. From this point of view, the topic of our research is quite relevant. The article talks about innovation-oriented investments in agriculture and their characteristics.
Keywords: innovation, investment, finance, private investors, state support, innovation strategy, efficiency