İlkin Qurbanov
Azərbaycan Turizm və Menecment Universteti
magistrant
ismayilova2007@internet.ru
AZƏRBAYCANDA BİZNES VƏ TURİZM İNKİŞAFINDA
FÜZULİ AEROPORTUNUN ROLU
Xülasə
Füzuli Hava Limanı Azərbaycanın Füzuli rayonunda yerləşən yeni tikilmiş hava limanıdır. Füzuli hava limanının ilk və bəlkə də ən mühüm təsiri Azərbaycanı dünya ilə birləşdirir. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikilmiş ilk hava limanıdır və regionu Azərbaycanın digər şəhərləri və beynəlxalq istiqamətlərlə birləşdirən mühüm nəqliyyat qovşağı olacaq. Bu əlaqə ölkənin biznes və turizm sektorları üçün əhəmiyyətli bir faydadır. İstənilən aeroportun tikintisi planlaşdırılanda iqtisadi cəhətlərlə yanaşı, hərbi-siyasi önəmi də nəzərə alınır. Bu nöqteyi-nəzərdən, Füzuli Beynəlxalq Hava Limanının tikintisi də Azərbaycana təhlükəsizlik baxımından əlavə imkanlar yaradır. Bu məqalədə Azərbaycanda biznes və turizm inkişafinda Füzuli aeroportunun rolu araşdırılmışdır.
Açar sözlər: Füzuli, hava limanı, turizm, biznes turizmi, Qarabağ
Ilkin Gurbanov
Azerbaijan Tourism and Management University
master student
ismayilova2007@internet.ru
The role of Fuzuli airport in the development of business and
tourism in Azerbaijan
Abstract
Fuzuli Airport is a newly built airport located in the Fuzuli region of Azerbaijan. The first and perhaps the most important effect of Fuzuli airport connects Azerbaijan with the world. This is the first airport built in the liberated territories of Azerbaijan and will be an important transport hub connecting the region with other cities of Azerbaijan and international destinations. This relationship is a significant benefit for the country's business and tourism sectors. When planning the construction of any airport, in addition to the economic aspects, the military and political importance is also taken into account. From this point of view, the construction of Fuzuli International Airport also creates additional security opportunities for Azerbaijan. In this article, the role of Fuzuli airport in the development of business and tourism in Azerbaijan is investigated.
Keywords: Fuzuli, airport, tourism, business tourism, Karabakh