DOI: https://doi.org/10.36719/2789-6919/22/28-30
Gülcahan Quluzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
AZƏRBAYCANDA BOLONYA PROSESİ: TƏLƏBƏLƏRİN MOBİLLİYİ
Xülasə
Bolonya prosesi çərçivəsində son iyirmi ildə diqqət mərkəzində olan məsələlərdən biri də professor-müəllim heyətinin və tələbələrin mobilliyidir. Mobillik dedikdə tələbələrin, eyni zamanda universitetlərdə fəaliyyət göstərən akademik heyətin müxtəlif tədris illərində xarici ölkələrə təhsil səfərləri etməsi nəzərdə tutulur. Hazırda mobilliklə bağlı mövcud vəziyyət ölkədən ölkəyə dəyişsə də ümumilikdə Bolonya prosesi və nazirlər konfranslarında qarşıya qoyulan hədəfə hələ nail olunmamışdır. Ölkəmizdə də anoloji hal yaşansa da son illərdə qarşıya qoyulan öhdəliklərlə əlaqədar bir sıra addımlar atılmışdır. Ümumi yanaşsaq, tələbə mobilliyi Bolonya prosesinin prinsipləri arasında tətbiqi ən rahat və təhsil sistemlərindən asılı olmayaraq ölkələrin hər birinə şamil oluna bilən prinsiplərdən biridir. Mobilliyin əvvəlki illərlə müqayisədə daha geniş tətbiq olunması 1980-ci illərdə Avropa Birliyinin təşəbbüsü ilə irəli sürülmüş, 1987-ci ildə fəaliyyətə başlayan ERASMUS proqramları ilə daha da sürətlənmişdir.
Açar sözlər: Bolonya prosesi, tələbəyönümlü təhsil, tələbə mobilliyi, xaricdə təhsil, keyfiyyət təminatı
Guljahan Guluzada
Azerbaijan State Pedagogy University
master student
Bologna process in Azerbaijan: Student mobility
Abstract
Within the framework of the Bologna process, one of the issues that has been in focus in the last twenty years is the mobility of professors, teaching staff, and students. Mobility means that students, as well as academic staff working in universities, make educational trips to foreign countries in different academic years. Although the current situation regarding mobility varies from country to country, in general, the goal set in the Bologna process and ministerial conferences has not yet been achieved. Although a similar situation is happening in our country, a number of steps have been taken in recent years related to those responsibilities. Student mobility is one of the principles of the Bologna process that is easy to implement and can be applied to every country, regardless of the education system. The wider application of mobility compared to previous years was accelerated by the ERASMUS programs initiated by the European Union in the 1980s and launched in 1987.
Keywords: Bologna process, student-centered learning, student mobility, education abroad, quality assurance