Cəlil Əlisultanov
Azərbaycan Dövlət Aqrar Universiteti
magistrant
İSTİXANA ŞƏRAİTİNDƏ POMİDOR BİTKİSİNİ MİNALAYICI GÜVƏ (TUTA ABSOLUTA) ZƏRƏRVERİCİSİNDƏN MÜHAFİZƏ ÜÇÜN TƏTBİQ EDİLƏN FEROMON TƏLƏLƏR
Xülasə
Pomidor, meyvələri insanlar tərəfindən ən çox istifadə olunan məhsullardandır. Pomidor becərilən sahələrdə istehsalçılar bir sıra zərərvericilər aşkarlasalar da pomidor bitkisinə qarşı əsas zərərverici dedikdə pomidor minalayıcı güvəsi başa düşülür. Respublikamızda, xüsusən örtülü pomidor sahələrində pomidor minalayıcı güvəsinin yayılması 68,7 % təşkil edir. Aqrotexniki tədbirlərin hazırlanması, davamlı sortların seçilməsi, növbəli əkinlərin tətbiqi, torpağın şumlanması və bitki qalıqlarının sahədən uzaqlaşdırılıb yandırılması Cənubi Amerika güvəsinə qarşı əsas mübarizə tədbirləri kompleksidir. Pomidor minalayıcı güvəsinə qarşı feromon tələlərinin istifadəsi effektiv metod hesab olunur.
Feromon tələlərinin istifadəsi nəinki zərərvericilərin sayını əhəmiyyətli dərəcədə azalda bilir, həmçinin kimyəvi qoruyucu vasitələrin istifadəsini minimuma endirə bilər, bəzi hallarda isə onların istifadəsindən imtina etdirə bilər.
Tətbiq etdiyimiz qara yapışqanlı, delta formalı, mayeli feromonlu tələlərin hər birinin tətbiqi müsbət nəticə vermişdir. Onlardan istifadə zamanı digər dərman preparatlarına nisbətən yüksək iqtisadi səmərəlilik əldə edilmişdir.
Açar sözlər: pomidor, Tuta absoluta, zərərverici, feromon tələ, mübarizəJalil Alisultanov
Azerbaijan State Agrarian University
master
piral_3@mail.ru
Pheromone traps used to protect tomato plants in greenhouse conditions from pest of minesweeper moth (Tuta absoluta)
Abstract
Tomato fruits are among the most commonly used by humans. The main pest of the tomato plant is the tomato miner moth, if manufacturers detect a number of pests in the fields where tomatoes are cultivated. In our republic, the spread of tomato miner moth, especially in covered tomato fields, is 68.7%. The development of agrotechnical measures, the selection of resistant varieties, the introduction of alternating plantings, plowing the soil and burning plant residues away from the site are the main set of measures to combat the South American moth. The use of pheromone traps against the tomato miner moth is considered an effective method. The use of pheromone traps can not only significantly reduce the number of pests, but also minimize the use of chemical protective equipment, and in some cases even abandon their use.
The application of each of the traps with black glue, delta-shaped, liquid pheromone, which we applied, gave a positive result. During their use, high economic efficiency was achieved compared to other medicinal preparations.
Keywords: tomato, Tuta absoluta, pest, pheromone trap, fight