Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/92/8-17

Nigar Valiyeva

Azerbaijan University of Languages 

Doctor of Philological Sciences

nigar_veliyeva@yahoo.com


THE INDIVIDUAL STYLE OF SPEECH OF HEYDAR ALIYEV  

(DEDICATED TO THE 100-TH BIRTHDAY ANNIVERSARY)


Abstract

Heydar Aliyev’s political and economic course, as well as the course he implemented on the development of science in Azerbaijan, is being continued and developed with great success by the President of the Republic of Azerbaijan, Mr. Ilham Aliyev, taking into account the challenges and realities of the modern era and the world, as well as the needs of our republic. The exceptional services of Mehriban Aliyeva, the First Vice-President of the Republic of Azerbaijan, deserve special mention in this field. Overall, Heydar Aliyev’s speeches were masterful examples of persuasive communication using a great deal of the expressive means and stylistic devices to create a powerful impact on his audience.

Based on all the noted ideas and the results of our research, we can say that the expressive means and stylistic devices – all language figures are lexical-semantic, syntactic, syntactic-semantic and syntactic-logical. Among the stylistic devices used in the literary language, syntactic figures are of special importance. The investigation of both structural and stylistic-semantic nature of the expressive means and stylistic figures that appear in any context, that is, in a certain syntactic environment, is one of the urgent problems that are waiting for their solution today. By solving this problem, the logical core of the language-thinking-speech triangle can be studied.

Keywords: globalization, speech culture, language culture, expressive means, stylistic devices


Nigar Vəliyeva

Azərbaycan Dillər Universiteti

 filologiya elmləri doktoru

  nigar_veliyeva@yahoo.com


Heydər Əliyevin fərdi nitq üslubu

(100 illiyinə həsr olunub)


Xülasə

Heydər Əliyevin siyasi-iqtisadi kursu, o cümlədən Azərbaycanda elmin inkişafı ilə bağlı həyata keçirdiyi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan müasir dövrün və dünyanın reallıqları, eləcə də respublikamızın ehtiyaclarından irəli gələn çağırışlar və qarşıda duran vəzifələr nəzərə alınmaqla böyük uğurla davam və inkişaf etdirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bütövlükdə, Heydər Əliyevin fərqli vaxtlarda nitqləri öz auditoriyasında güclü təsir yaratmaq üçün dilin rəngarəng ifadə və üslubi vasitələrindən istifadə edərək səmimi ünsiyyətin məharətli nümunələridir. 

Bütün qeyd olunan fikirlərə və tədqiqatımızın nəticəsinə əsasən deyə bilərik ki, dilin ifadə və üslubi vasitələri – bütün dil fiqurları leksik-semantik, sintaktik, sintaktik-semantik və sintaktik-məntiqlidir. Ədəbi dildə işlənən ifadə və üslubi vasitələr arasında sintaktik fiqurlar xüsusi əhəmiyyət kəsb edir. İstənilən kontekstdə, yəni müəyyən sintaktik mühitdə meydana çıxan ifadə vasitələrinin və üslub fiqurlarının həm struktur, həm də üslubi-semantik mahiyyətinin araşdırılması bu gün öz həllini gözləyən aktual problemlərdən biridir. Bu problemi həll etməklə dil-təfəkkür-nitq üçbucağının məntiqi nüvəsini öyrənmək olar.

Açar sözlər: qloballaşma, nitq mədəniyyəti, dil mədəniyyəti, dilin ifadə və üslubi vasitələri



MƏQALƏNİ YÜKLƏ [416.78 Kb] (yüklənib: 142)


Baxış: 610
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az