DOI: https://doi.org/10.36719/2663-4619/92/18-23
Zənfira Quliyeva
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
tarix üzrə fəlsəfə doktoru
seyfeddinsamandarov@mail.ru
AZƏRBAYCAN NEFT SƏNAYESİ TARİXİNƏ RETROSPEKTİV BAXIŞ
(NOBEL QARDAŞLARI CƏMİYYƏTİ)
Xülasə
Azərbaycanda neft sənayesinin inkişafında neft maqnatlarının xüsusi rolu vardır. Nümunə olaraq Hacı Zeynalabdin Tağıyevin (1838-1924), Musa Nağıyevin (1842-1919), Şəmsi Əsədullayevin (1840-1913), Əjdərbəy Aşurbəyovun (1855-1921), İsabəy Hacınskinin (1861-1919), Murtuza Muxtarovun (1855-1920) böyük xidmətlərini qeyd etmək olar. Eyni zamanda XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda bir neçə məşhur xarici şirkətlər də (Nobel qardaşları, Rotşildlər, Mantaşev, Şibayev) fəaliyyət göstərmişdir. Bunlar arasında Nobel və Rotşildlər qardaşlarının şirkəti daha məşhur olmuşdur. Məqalədə Nobel qardaşlarının şirkətlərinin Bakıdakı fəaliyyəti nəzərdən keçirilir.
Açar sözlər: neft, neft anbarları, neft boruları, neft sənayesi, Nobel qardaşları
Zanfira Guliyeva
Azerbaijan State Oil and Industry University
Ph.D in History
seyfeddinsamandarov@mail.ru
Retrospective review of the history of Azerbaijan's oil industry (Nobel Brothers Society)
Abstract
Oil tycoons have a special role in the development of the oil industry in Azerbaijan. Examples include Haji Zeynalabdin Taghiyev (1838-1924), Musa Naghiyev (1842-1919), Shamsi Asadullayev (1840-1913), Ajdarbey Ashurbeyov (1855-1921), Isabey Hajinsky (1861-1919), Murtuza Mukhtarov (1855-1920) great services can be noted. At the same time, several famous foreign companies (Nobel brothers, Rothschilds, Mantashev, Shibayev) operated in Baku at the end of the 19th century and the beginning of the 20th century. Among them, the company of Nobel and Rothschild brothers was more famous. The article examines the activities of the Nobel brothers' companies in Baku.
Keywords: oil, oil reservoirs, oil pipelines, oil industry, Nobel brothers