DOI: https://doi.org/10.36719/2663-4619/92/53-58
Taleh Əliyev
Bakı Dövlət Universiteti
bakalavr
İRANIN NÜVƏ PROQRAMI ƏTRAFINDAKI PROSESLƏR
Xülasə
Məqalədə İranın nüvə proqramının inkişafı, ABŞ və digər dövlətlərin bu proqrama mövqeyi kimi mövzular tədqiq edilmişdir. XX əsrdə dünya elminin kəşf etdiyi və bəşəriyyətin qatili adlandırılan nüvə silahı ən dağıdıcı silah hesab olunur. Tarixdə yalnız bir dəfə 1945-ci il avqust 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunmuş, nəticədə 300min insanın ölümünə səbəb olmuşdur. Nüvə silahı 80 ilə yaxın bir zamanda heç istifadə olunmamasına rəğmən beynəlxalq sülh üçün daim təhdid rolunu oynamışdır. Dağıdıcı gücünə və digər dövlətlər üzərində təsir əldə etmək istəyinə görə nüvə silahına sahib olmaq hal-hazırda bir çox dövlətin əsas maraqlarından birinə çevrilmişdir. Günümüzdə aktual siyasi mövzulardan biri də İranın nüvə proqramı və bu proqrama qarşı olan təzyiqlərdir. İran rejimi cidd-cəhdlə bu silahı əldə etmək, ABŞ və İsrail əsas aktor olmaqla Qərb dövlətləri isə buna mane olmağa çalışır.
Açar sözlər: nüvə silahı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, embarqo, P5+1, Aİ
Taleh Aliyev
Baku State University
bachelors
taleheliyev2020t@gmail.com
The processes surrounding Iran’s nuclear program
Abstract
The article examines topics such as the development of Iran's nuclear program, the position of the United States and other countries on this program. The nuclear weapon discovered by world science in the 20th century and called the killer of mankind is considered the most destructive weapon. Only once in history, on August 6 and 9, 1945 it was used in the Japanese cities of Hiroshima and Nagasaki, resulting in the death of 300,000 people. Despite the fact that nuclear weapons have not been used for nearly 80 years, they have always played the role of a threat to international peace. Processing nuclear weapons has become one of the main interests of many states due to its destructive power and desire to gain influence over other states. One of the current political issues today is Iran's nuclear program and the pressures against this program. The Iranian regime is trying hard to acquire this weapon, while the Western counties, the USA and Israel being the main actors, are trying to prevent it.
Keywords: nuclear weapons, International Atomic Energy Agency, embargo, P5+1, EU