DOI: https://doi.org/10.36719/2706-6185/25/6-10
Xumar Novruzova
Bakı Slavyan Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
CƏBR KURSU İLƏ MƏKTƏB RİYAZİYYAT KURSU ARASINDA
VARİSLİYİN TƏMİN EDİLMƏSİ
Xülasə
Məqalə cəbrin pedaqoji universitetlərdə tədrisinə həsr olunub. Məlumdur ki, orta məktəblərin riyaziyyat dərslərində cəbr elementləri – funksiya, tənlik və bərabərsizliklərin həlli öyrədilir. Bu anlayışların öyrədilməsi zamanı yaranan problemlərin həlli üçün praktik məsələlərin həllinə üstünlük verilməlidir. O cümlədən İKT-dən və riyazi proqramlaşdırma paketlərindən istifadə edilməsi də fənnin tədrisinə müsbət təsir edir. Məqalədə ali məktəblərdə mühazirə və məşğələ dərslərinin orta məktəbin riyaziyyat dərslərinin məntiqi ardıcıllıqla davamı şəklində keçirilməsi yolları araşdırılır. Burada göstərilir ki, ali pedaqoji məktəblərdə cəbrin tədrisində orta məktəb materialından istifadə edilməsi zəruridir. Pedaqoji prosesin səmərəliliyinin artırılması üçün vacib olan məsələlər aydın şəkildə qoyulmalıdır.
Açar sözlər: cəbr, tədris, kompüter proqramı, funksiya, xətti fəza
Khumar Novruzova
Baku Slavic University
Doctor of Philosophy in Pedagogy
Ensuring continuity between algebra courses in secondary and higher education
Abstract
This article aims to address the teaching of algebra in pedagogical universities Algebraic concepts such as functions, equations, and inequalities are commonly covered during high school mathematics lessons. To effectively tackle challenges that may arise during the teaching of these concepts, it is essential to emphasize a problem-solving approach. The integration of Information and Communication Technology (ICT) and mathematical programming packages has demonstrated a positive effect on the teaching and learning of algebra. This article explores various methods of conducting lectures and workshops in higher education institutions to provide a logical progression from secondary school mathematics. It is evident that incorporating secondary school material in teaching algebra in higher pedagogical schools is necessary for ensuring continuity and enhancing the efficiency of the pedagogical process.
Keywords: algebra, teaching, computer software, function, linear space