DOI: https://doi.org/10.36719/2707-1146/34/13-19
Hüseynağa Əsədov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Dendrologiya İnstitutu
kemale.sadiqova1960@mail.ru
Fərman Quliyev
AMEA-nın Lənkəran Regional Elmi mərkəzi
prof.fquliyev@mail.ru
Cahani Nüsrətzadə
AMEA-nın Lənkəran Regional Elmi mərkəzi
doktorant
Kəmalə Sadıqova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Dendrologiya İnstitutu
UOT 635.9
AZƏRBAYCANDA BECƏRİLƏN BƏZİ ÇAY SORTLARININ BİOKİMYƏVİ KOMPANENTLƏRİ VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
Xülasə
Məqalədə Azərbaycanda becərilən bəzi çay sortlarının biokimyəvi kompanenrtləri və keyfiyyət göstəriciləri haqqında məlunmat verilir. Elmi tədqiqat işində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzdə salınmış Çin çay növmüxtəlifliyinin bir sıra yeni sortlarının yarpaqlarında bəzi flavonoidlərin miqdarı təyin olunmuşdur. Tədqiqatda aydın olmuşdur ki, çay yarpaqlarının keyfiyyəti yarpaqda sintez olunan flavonoidlərin miqdarından ciddi surətdə asılıdır. Çay yarpaqların ən çox tanin, kafein, kafein-tanin birləşməsi, flavonin və kofeinin miqdarı, yeni alınmış sortlarda eyni miqdarda olmayıb, dəyişkəndir. Biokimyəvi fəal birləşmələrin miqdarı Lənkəran çay və FAQ-22 sortlarında tanin və kafeinin mişdarı digər sortlardan nisbətən üstündür.
Apardığımız tədqiqatda nəticədə məlum olmuşdur ki, dağ yamaclarının 600-700 m hündürlüyündə yerləşən çay sortlarında, ümumilikdə flavonoidlərdən tanin, katexin, katexin-tanin birləşməsi və flavononin miqdarı düzənlik ərazidə becərilən çay bitkisindən 15x15 mkq yüksək olur. Bu onu təsdiq edir ki, Talış dağlarının Cənub-Şərq yamacları çayçılığın genişləndirilməsi üçün səmərəli və məqsəduyğundur.
Açar sözlər: yeni çay sortları, kimyəvi tərkib, flavonoidlər, keyfiyyət, məhsuldarlıq
Huseynagha Asadov
Ministry of Science and Education of the Republic of Azerbaijan
Institute of Dendrology
Farman Guliyev
Lankaran Regional Scientific Center of ANAS
prof.fguliyev@mail.ru
Jahani Nusratzade
Lankaran Regional Scientific Center of ANAS
PhD student
cahani.nusretzade@mail.ru
Kamala Sadigova
Ministry of Science and Education of the Republic of Azerbaijan
Institute of Dendrology
kemale.sadigova1960@mail.ru
Biochemical components and indicators quality of some tea grown in Azerbaijan
Abstract
In the article given information on the biochemical components and quality indicators of some sorts of tea grown in Azerbaijan. In the research work was determined the amount of some flavonoids in the leaves of a number of new sorts of Chinese tea planted in the Lankaran Regional Scientific Center of ANAS. In studies, it turned out that the quality of tea leaves is highly dependent on the amount of flavonoids synthesized in the leaves. The quality of its leaves depends on the amount of flavonoids synthesized in the leaf.
The amount of tannin, caffeine, caffeine-tannin combination, flavonin and caffeine in tea leaves is not the same in newly acquired varieties, it is changeable. The amount of biochemically active compounds in sorts of Lenkoran tea and CHAVO-22, the content of tannins and caffeine is relatively higher than in other sorts.
As a result, it was found that sorts of tea located at a height of 600-700 m on mountain slopes, the amount of flavonoids tannins, catechin, catechin-tannin combination and flavonone is 15x15 μg higher than in tea a plant cultivated in a plain terrain. This confirms that the southeastern slopes of the Talysh Mountains are efficient and suitable for expanding cultivation tea.
Keywords: new sorts of tea, chemical composition, flavonoids, quality, productivity