DOI: https://doi.org/10.36719/2706-6185/26/26-30

Samirə Mərdanlı

Bakı Dövlət Universiteti 

doktorant

mardanli.samira@gmail.com


NİZAMİ GƏNCƏVİNİN YARADICILIĞINDA “SİRLƏR XƏZİNƏSİ” POEMASI


Xülasə

XII əsr Azərbaycan poeziyasının, həmçinin dünya ədəbiyyatının məşhur nümayəndəsi, zəngin yaradıcılığı ilə bütün bəşəriyyətin diqqətini özünə cəlb etmiş Nizami Gəncəvinin ədəbi əsərlərini təkcə böyük sənətkarlıqla qələmə alınmış bədii yaradıcılıq nümunəsi kimi deyil, həmçinin zəngin elmi, tarixi bilikləri özündə ehtiva edən qiymətli mənbələr olaraq nəzərdən keçirmək lazımdır. Nizaminin ilk iri həcmli əsəri olan "Sirlər xəzinəsi" poeması, Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi kimi dahi şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi olmuşdur. Nizami Gəncəvi yaradıcılığında elmin, incəsənətin bütün sahələrinə sözün qüdrəti ilə müraciət mövcuddur. Bu yaradıcılıq nümunələrinin əksəriyyət hissəsində hiss olunan əsas ideya məhz insan və onun əxlaqıdır. Didaktik poema olaraq qələmə aldığı "Sirlər xəzinəsi"ndə Nizami insanları ləyaqətli, ədalətli, insaflı, ağıllı, alicənab və vicdanlı görmək arzusunu biruzə verir. Şair dəyanətli və vicdanlı insanı şaha bərabər bilərək, insanın gördüyü bütün işlərdə ağılla hərəkət etməyi, ədaləti və haqqı hər şeydən tutmağının insana yalnız şərəf gətirəcəyini vurğulayır.

Açar sözlər: Nizami Gəncəvi, Sirlər xəzinəsi, leksika, didaktika, Xəmsə


Samira Mardanli

Baku State University

PhD student

mardanli.samira@gmail.com


The poem "Treasure of Secrets" by Nizami Ganjavi


Abstract

The literary works of Nizami Ganjavi, a famous representative of 12th-century Azerbaijani poetry and world literature, who attracted the attention of all mankind with his rich creativity, should be considered not only as an example of artistic creativity written with great skill, but also as valuable sources containing rich scientific and historical knowledge. Nizami's first large-scale work, the poem "Treasure of Secrets", as the most valuable example of the didactic poem genre in the literature of the Near and Middle East, was the first pen experience in the field of epic poetry in the work of the genius poet. In the works of Nizami Ganjavi, there is an appeal to all fields of science and art with the power of words. The main idea that can be felt in the majority of these creative examples is the man and his morality. In "Treasure of Secrets", which he wrote as a didactic poem, Nizami expresses his desire to see people as dignified, fair, fair, intelligent, noble and honest. The poet recognizes a steadfast and honest person as equal to a king, and emphasizes that a person should act wisely in all the things he does, and that justice and justice will bring him only honor.

Keywords: Nizami Ganjavi, Treasure of Secrets, lexicon, didactics, Khamsa

MƏQALƏNİ YÜKLƏ [386.65 Kb] (yüklənib: 31)


Baxış: 271
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az