Gülər Hüseynzadə
ARETN Zoologiya İnstitutu
biologiya üzrə fəlsəfə doktoru
Arifə Əliyeva
ARETN Zoologiya İnstitutu
biologiya üzrə fəlsəfə doktoru
Lalə Rəhimli
ARETN Zoologiya İnstitutu
biologiya üzrə fəlsəfə doktoru
Aydın Məmmədov
ARETN Zoologiya İnstitutu
AZƏRBAYCANDA APİDAE (HYMENOPTERA, APOİDEA) FƏSİLƏSİ
ARILARININ TROFİK ƏLAQƏLƏRİ VƏ ZOLAQLI ARILARIN SUTKALIQ AKTİVLİYİ Xülasə
Məqalədə Azərbaycanda yayılmış Apidae fəsiləsi arıkimilərinin növ tərkibi (20 cinsə aid 231 növ) və trofik əlaqələri barədə məlumat verilir. 2 stasionar məntəqədə (Qazax rayonu, Dəmirçilər kəndi və Naxçıvan MR, Ordubad rayonu, Ağdərə) zolaqlı arıların yem toplamasının sutkalıq aktivliyi və abiotik amillərdən asılılığı öyrənilmişdir. Tədqiqat müddətində 1-ci məntəqədə 5, 2-ci məntəqədə 2 növ zolaqlı arı qeydə alınmışdır.Müəyyən edilmişdir ki, zolaqlı arıların ən aktiv uçuş saat 1200-1700-dək müşahidə edilir. Havanın temperaturu 8-10 0C olduqda onlar artıq işləyə bilirlər, amma stabil uçuş üçün optimal temperatur 22-24 0C-dir. Həmçinin yüksək rütubətlilik şəraitində daha aktivdirlər.
Açar sözlər: arıkimilər, trofik əlaqələr, tozlanma, sutkalıq aktivlik, uçuş dinamikası
Gular Huseynzade
MSERA Institute of Zoology
PhD in biology
Arifa Aliyeva
MSERA Institute of Zoology
PhD in biology
Lala Rahimli
MSERA Institute of Zoology
PhD in biology
Aydin Mammadov
MSERA Institute of Zoology
Trophic relationships of bees family of Apidae (Hymenoptera, Apoidea) in Azerbaijan and daily activity of bumblebees
Abstract
The article provides information on the species composition (231 species belonging to 20 genera) and trophic relationships of Apidae family bees distributed in Azerbaijan. In 2 stationary locations (Gazakh region, Demirchilar village and Nakhchivan MR, Ordubad region, Aghdara), the daily activity of foraging of striped bees and its dependence on abiotic factors were studied. During the research period, 5 types of striped bees were recorded in the 1st station and 2 types in the 2nd station. It was determined that the most active flight of the striped bees is observed between 1200 and 1700 hours. They can already work when the air temperature is 8-10 0C, but the optimal temperature for stable flight is 22-24 0C. They are also more active in high humidity conditions.
Keywords: bee relationships, trophic relationships, pollination, daily activity, flight dynamics