DOI: https://doi.org/10.36719/2707-1146/35/21-28

Nizami Əkbərov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru

adpu-kimya@mail.ru

Kəmalə İskəndərova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru

kemaleisva@mail.ru

UOT 547.56.563.264


1, 2-EPİTİO-3-XLORPROPANIN DİETİLDİTİOKARBAMATLA REAKSİYA MƏHSULLARININ  SÜRTKÜ YAĞLARINA YEYİLMƏ VƏ SİYRİLMƏ ƏLEYHİNƏ AŞKAR KİMİ TƏDQİQİ


Xülasə

Bu məqalə sürtkü yağları üçün daha effektli yeni tip aşqarlar axtarıb tapmaq məqsədilə, S-əvəzli tiiranların və tietanların – müvafiq olaraq üç- və dördüzvlü heterotsiklik kükürdüzvi birləşmələrin bəzi törəmələrinin, konkret olaraq, S-(1,2-epitiopropil)-N,N-dialkilditiokarbamatların və 3- N,N-dialkilditiokarbamattietanların  sintezinə, onların sürtkü yağlarına yeyilmə və siyrilmə əleyhinə aşqar kimi tədqiqinə həsr olunmuşdur. Məqalədə, həmçinin   sintez olunmuş maddələrin quruluşu ilə onların sürtkü yağları üçün bir aşqar kimi təsir effektivliyi arasındakı korrelyasiya da öyrənilmişdir. Aparılan elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əgər ETXP-nın məsələn, natrium-dietilditiokarbamatla reaksiyası quru benzolda (susuz şəraitdə) 60-700 C temperaturda 3 saat müddətində aparılarsa, reaksiya məhsulu yalnız müvafiq tiiran törəməsindən ibarət olur. Bu reaksiya göstərilən şəraitdə su mühitində aparılarsa, tiiran-tietan yenidən qruplaşması baş verir və nəticədə müvafiq tiiran-tietan qarışığı alınır.

Sintez edilən dietilditiokarbamatəvəzli tiiran və tietanın MS-20 transmissiya yağının siyrilmə və yeyilmə xassələrinə təsiri sınaqdan keçirilmişdir. Məlum olmuşdur ki, dietilditiokarbamatəvəzli tiiran və tietan törəmələri də sürtkü yağlarının siyrilmə və yeyilmə xassələrinə əsaslı dərəcədə təsir edir. Tiiran birləşmələrində yağlayıcı xassə daşıyan fraqment üçüzvlü tiiran həlqəsi, tietan birləşmələrində isə - dördüzvlü tietan heterotsiklidir.

Açar sözlər: dietilditiokarbamat, epitioxlorhidrinin, reaksiya, tiiranlar, tietanlar, tiiran-tietan qarışığı, sürtkü yağları, aşqarlar, funksional xassələr, yeyilmə, siyrilmə


Nizami Akbarov 

Azerbaijan State Pedagogical University

PhD in chemistry

adpu-kimya@mail.ru

Kamala Iskandarova 

Azerbaijan State Pedagogical University      

 PhD in chemistry

kemaleisva@mail.ru

UOT 547.56.563.264





Study of the reaction products of 1, 2-Epithio-3-Chloropropane with Diethyldithiocarbamate as an anti- corrosion and anti-stripping additive tolubricant oil


Abstract

This article is dedicated to the investigation of the synthesis of S-substituted thiiranes and thietanes-some derivatives of three- and four-membered heterocyclic sulfur compounds, respectively, specifically, S-(1,2-epithiopropyl) -N,N-dialkyldithiocarbamates and 3-N,N dialkyldithiocarbamatethiethanes, as anti-corrosion and anti-stripping additives to their lubricating oils, in order to find more effective new types of lubricant additives. The article also studied the correlation between the structure of the synthesized substances and their effectiveness as an additive for lubricating oils. As a result of the conducted scientific research, it was found that if the reaction of ETXP with, for example, sodium-diethyldithiocarbamate is carried out in dry benzene (in anhydrous conditions) at a temperature of 60-70°C for 3 hours, the reaction product consists only of the corresponding thiirane derivative. If this reaction is carried out under the indicated conditions in an aqueous medium, thiirane-thietane regrouping occurs and the corresponding thiirane-thietane mixture is obtained as a result. The effect of the synthesized diethyldithiocarbamate-substituted thiirane and thietane MS-20 transmission oil on the corrosion and stripping properties was tested. It has been found that diethyldithiocarbamate-substituted thiirane and thietane derivatives have a substantial effect on the corrosion and stripping properties of lubricating oils. In thiirane compounds, the fragment bearing lubricating properties is a three-membered thiirane ring, in thietane compounds is a-four-membered thietane heterocyclic.

Keywords: diethyldithiocarbamate, epithiochlorohydrin, reaction, tiiranes, thietanes, thiirane-thietane mixture, lubricants, additives, functional properties, corrosion, stripping



MƏQALƏNİ YÜKLƏ [474.32 Kb] (yüklənib: 14)


Baxış: 235
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az