Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/94/33-38

Nailə Qəhrəmanova

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

dissertant

nailaqahramanova@mail.ru


XARİCİ ÖLKƏLƏRDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ VƏ SOSİAL TƏHLÜKƏSİZLİYİN İDARƏ EDİLMƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNIN MAHİYYƏTİ


Xülasə

Xarici ölkələrin yerli özünüidarəetməsi müxtəlif model və yerli təşkilat növlərindən ibarətdir. Yerli özünüidarəetmə sistemlərinin quruluşundakı fərqlər bir çox amillərdən asılıdır: siyasi rejim, ölkədə hökm sürən yerli hakimiyyət və idarəetmənin təşkili ideyası, dövlət quruluşu və dövlətin inzibati-ərazi bölgüsü, milli ənənələr və s. Yerli özünüidarəetmənin əsas məqsədi yerli məsələlərin həlli üçün yerli əhalinin səylərini birləşdirməkdir ki, bu da, nəticə etibarı ilə, dövlətimizin demokratikliyini, sabitliyini və bütövlüyünü təmin edir. 

Azərbaycan Respublikasın Konstitusiyasında yerli özünüidarəetmənin  təsis edildiyi vaxtdan bu günə kimi kifayət qədər zaman keçməsinə baxmayaraq, nəticələr hələlik nə  mütəxəssisləri, nə də əhalini tam qane etmir. Bu baxımdan qərb ölkələrində özünüidarəetmənin təşkili böyük maraq doğurur.

Sosial təhlükəsizliyə gəldikdə isə, burada həyatın, sağlamlığın, rifahın, insan hüquq və azadlıqlarının qorunması əsas, bilavasitə məqsəddir. Bu, insanlar arasındakı münasibətlərin tənzimlənməsi, onların həyat dəstəyi və sosiallaşması üçün sosial sistemin mahiyyətidir. Məqalədə yerli özünüidarəetmə səviyyəsində sosial təhlükəsizliyin təmin edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi araşdırılır.

Açar sözlər: yerli özünüidarəetmə, sosial təhlükəsizlik, xarici ölkələr, hüquqi tənzimləmə, bələdiyyə


Naila Gahramanova

Azerbaijan Academy of Labor and Social Relations

PhD student

nailaqahramanova@mail.ru


The essence of legal regulation of local self-government and social security 

management in foreign countries


Abstract

Local Self-Government of foreign countries consists of various models and types of local organizations. Differences in the structure of local self-government systems depend on many factors: the political regime, the idea of organizing local power and management prevailing in the country, the state structure and administrative-territorial division of the state, national traditions, etc. The formation of local self-government in Azerbaijan takes place in the context of large-scale reforms in the political and socio-economic life of society and is largely determined by the state's interest in the developed institution of local self-government, which plays the role of a link between state institutions and the population. The main goal of local self-government is to unite the efforts of the local population to solve local issues, which, as a result, ensures the democratization, stability and integrity of our state.

As for social security, the protection of life, health, well-being, human rights and freedoms is the main, direct goal here. This is the essence of the social system for the regulation of relations between people, their life support and socialization. The article examines the experience of foreign countries in ensuring social security at the level of local self-government.

Keywords: local self-government, social security, foreign countries, legal regulation, municipality



Baxış: 276