Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/94/44-49

İntiqam Hüseynli
Qərbi Kaspi Universiteti
magistrant
huseynli.2808@gmail.com
Orcid ID:0000-0001-5974-0175


AZƏRBAYCANDA ENOTURİZM (VİNİTURİZM) POTENSİALI ÜZƏRİNƏ 

TEORİK BİR ARAŞDIRMA

Xülasə

Azərbaycan coğrafiyasında şərab istehsalı üzrə ixtisaslaşan bəzi bölgələrdən Göygöl, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ digər bölgələrlə müqayisədə enoturizm (viniturizm) baxımından potensiallı bölgələrdir.Ölkə üzrə fəaliyyət göstərən 28 şərab emalatxanasının böyük bir qismi bu bölgələrdə yerləşir.Yerli coğrafiyada yetişən şabran, alaşanı, qaraşanı, Şamaxı mərəndisi keyfiyyətli şərabın hazırlanmasında istifadə olunan üzüm növləridir. Bu üzüm növləri əsasında hazırlanan “Şamaxı, Mədrəsə, Göygöl, Maralgöl, Çinar, Bakı və s” brendlər altında Azərbaycanda kifayət qədər məşhur şərab çeşitləri hazırlanmışdır. Bu çalışmada əsas məqsəd şərab turizminin Azərbaycanda yerini və irəliləmə yolunu öyrənmək, həmçinin yerli əhalinin şərab qavramını anlaması  buradakı əsas aktual məsələlərdəndir

Açar sözlər: şərabçılıq, üzümçülük, şərab turizmi, emalatxana, dequstasiya, şərab zirzəmiləri, üzüm sortları, enoturizm

             

      Intigam Huseynli
Western Caspian University
master student
huseynli.2808@gmail.com
Orcid ID:0000-0001-5974-0175


A theoretical study on the potential of enotourism (vinitourism) in Azerbaijan     


Abstract

Goygol, Shamakhi, Aghsu, Ismayilli, Gabala are some of the regions specializing in wine production in the geography of Azerbaijan. Compared to other regions, they are potential regions in terms of enotourism (vinitourism). A large part of the 28 wineries operating in the country are located in these regions. Shamakhi marandis are grape varieties used in the preparation of quality wine. Quite famous wine varieties have been produced in Azerbaijan under the brands "Shamakhi, Madrasa, Goygol, Maralgol, Chinar, Baku, etc." made on the basis of these grape varieties. Learning the way forward, as well as understanding the local population's perception of wine are among the main pressing issues here.    

Keywords: winemaking, viticulture, wine tourism, workshop, tasting, wine cellars, grape, varieties, enotourism




Baxış: 244