Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/95/48-53

Aynur Məmmədova 

Azərbaycan Dövlət Aqrar Universiteti

[email protected]


KƏND TƏSƏRRÜFATINDA İNNOVASİYA YÖNÜMLÜ İNVESTİSİYA QOYULUŞLARININ MALİYYƏ MƏNBƏLƏRİ


Xülasə

Kənd təsərrüfarında innovasiya fəaliyyəti yüksək dərəcədə qeyri-müəyyənliyi və riskli olması ilə fərqlənir. Bu səbəbdən kənd təsərrüfatında innovasiya yönümlü investisiyaların maliyyələşdirilməsi investorlar üçün cəlbedici deyil və həmin investisiyaların maliyyə mənbələrinin axtarıb tapılması çox mürəkkəb məsələdir. Tədqiqat apardığımız mövzunun aktuallığı da elə bununla şərtlənir. Məqalədə kənd təsərrüfatında innovasiya yönümlü investisiya qoyuluşlarının maliyyə mənbələri araşdırılmış, müxtəlif mənbələr göstərilmiş və onların üstün cəhətləri və çatışmamazlıqları tədqiq edilmişdir. Kənd təsərrüfatında innovasiya yönümlü investisiyaların maliyyələşdirilməsinin təşkili prinsipləri maliyyə mənbələrinin çoxluğuna istiqamətlənməli olmasının zəruriliyi əsaslandırılmışdır. Bunun üçün müxtəlif elmi nəşrlər araşdırılmışdır. Tədqiqatın məqsədi kənd təsərrüfatında innovasiya yönümlü investisiyaların maliyyə mənbələrinin axtarıb tapılması və istifadəsinin əsaslandırılmasıdır. Tədqiqatın gedişində təhlil, müqayisə, statistik tədqiqat metodlarından istifadə edilmişdir.

Açar sözlər: innovasiya, qeyri-müəyyənlik, risk, rəqabət qabiliyyəti, maliyyə mənbələri, vençur kapitalı


Aynur Mammadova 

Azerbaijan State Agrarian University

mehribanks@mail.ru


Financial sources of innovation-oriented investments in agriculture


Abstract

Innovation activity in agriculture is characterized by a high degree of uncertainty and risk. For this reason, the financing of innovation-oriented investments in agriculture is not attractive for investors, and finding sources of financing for those investments is a very complicated issue. The relevance of the subject we are researching is conditioned by this. In the article, the financial sources of innovation-oriented investments in agriculture were investigated, various sources were indicated and their advantages and disadvantages were studied. The principles of organizing the financing of innovation-oriented investments in agriculture are based on the need to focus on the majority of financial sources. Various scientific publications were examined for this. The purpose of the study is to find and justify the use of financial sources of innovation-oriented investments in agriculture. In the course of the research, analysis, comparison, and statistical research methods were used.

Keywords: innovation, uncertainty, risk, competitiveness skills, financial sources, venture capitals 



MƏQALƏNİ YÜKLƏ [411,87 Kb] (yüklənib: 26)


Baxış: 77
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]