DOI: https://doi.org/10.36719/2663-4619/95/94-99
Gülnarə Qəniyeva
Аzərbaycan Dillər Universiteti
gulnara.gh@gmail.cоm
TERMİN VƏ PROFESSİONALİZMLƏRİN İŞLƏDİLMƏSİ
Xülasə
Bu məqalə dilçilik elmində xüsusi yer alan professional sözlərin və terminlərin işlədilməsinə və əhəmiyyətinə həsr olunmuşdur. Professionalizm və terminlər Azərbaycan və ingilis dilləri daxil olmaqla, dünyanın əksər dillərində geniş istifadə olunur. Professionalizmlər müəyyən bir peşə qrupunun nitqinə xas olan sözlər və ya ifadələrdir. Terminlər isə hər hansı xüsusi anlayışlar üçün rəsmiləşdirilmiş adlardır. Professional sözlər ilə terminlər arasında bir sıra ümumi və fərqli cəhətlərin mövcud olmasına baxmayaraq, həm professional sözlər, həm də terminlər məhdud istifadə dairəsinə malikdir. Professional sözlər, terminlər kimi istifadə dairəsinə görə qruplaşdırıla bilər: iqtisadçıların, maliyyəçilərin, idmançıların, mədənçilərin, həkimlərin, ovçuların, balıqçıların və s. nitqində. Dünyanın bütün inkişaf etmiş dillərində bu sözlər dilin leksik sistemində əhəmiyyətli yerlərdən birini tutur. Dildə terminlər və professional sözlərin sayı getdikcə artır və bunun sayəsində dilçilik elminin bazası sürətlə zənginləşir.
Аçаr sözlər: termin, söz, dil, peşə, nitq
Gulnara Ganiyeva
Аzerbaijan University of Languages
gulnara.gh@gmail.cоm
Use of terms and professionalisms
Abstract
The article deals with the study of the use of terms and professionalisms, emphasizing their importance in linguistics. Professional terminology and special terms are widely used in most languages of the world, including Azerbaijani and English. Professionalisms are words or phrases unique to certain groups, while terms are formalized names for particular concepts. Professional words and terms share similarities and differences, both having limited scope of use. Professional words and terms can be grouped according to their area of use: economists, financiers, athletes, judges, doctors, hunters, fishermen, etc. in their communication. In all developed languages of the world, these words occupy one of the most important places in the lexical system of the language. Moreover, the lexicon of terms and professional vocabulary continues to grow, contributing to the development of this linguistic field.
Keywords: term, word, language, profession, speech