DOI: https://doi.org/10.36719/2789-6919/26/48-52

Yeganə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

pedaqogika üzrə fəlsəfə doktoru 

[email protected]                                                                     


MƏKTƏBƏQƏDƏR DÖVRDƏ  UŞAQLARIN NİTQİNİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ ƏTRAF ALƏMLƏ TANIŞLIQ MƏŞĞƏLƏLƏRİNİN TƏŞKİLİ


Xülasə

Uşaqlarda ətraf aləm həqiqətlərinin dərk edilməsi, ana dilinin mənimsədilməsi ilə sıx sürətdə bağılıdır. Onlar bu yaşlardan bilavasitə dərk etdiyi şeylərdən, ana dilindən müvafiq sözü, adlandıra biləcəyi şeyləri daha möhkəm mənimsəyirlər. Bu dövrdə uşaqlara əşyalar, onların keyfiyyəti haqqında məlumat verilir. Uşaq bağçasının kiçik qrupundan başlayaraq məktəbəhazırlıq qrupuna qədər əşyalar haqqında olan biliklərin dərinləşməsinə fikir verilməlidir, çünki əşyalar aləmi onların nitqlərinin inkişafı üçün əsas vasitələrdən biridir. Ətraf aləmlə tanışlıq prosesində uşaqların nitqinin inkişafı üzrə işlər aparılarkən mümkün qədər çox vasitələrdən, metod və priyomlardan səmərəli şəkildə istifadə olunmalıdır. Bu zaman uşaqlarda danışmaq, fikir söyləməyə həvəs oyatmalı, onlarda şən əhval-ruhiyyə yaradılmalıdır. Məşğələ prosesində nitq inkişafı üzrə aparılan işlər uşaqların idrak fəaliyyətinin inkişafına yönəldilməli, onlarda müqayisə etmək, ümumiləşdirmək, məntiqli mühakimə yürütmək bacarığı aşılanmalıdır.

Açar sözlər: lüğət ehtiyatı, qrammatik vərdişlər, rabitəli nitq, ətraf aləm, məşğələ


Organization of familiarity exercises in the development of children's speech in the 

pre-school period


Summary

Understanding the truths of the surrounding world in children is closely related to mastering the mother tongue. From this age, they master the appropriate word from their mother tongue, the things they can name, more firmly than what they understand directly. During this period, children are informed about things and their quality. From the small group of kindergarten to the preschool group, attention should be paid to deepening the knowledge about objects, because the world of objects is one of the main tools for the development of their speech. As many tools, methods and principles as possible should be used efficiently when working on the development of children's speech in the process of getting to know the world around them. At this time, children should be encouraged to speak and express their opinions, and a cheerful mood should be created in them. In the course of the training, the work on speech development should be focused on the development of children's cognitive activity, the ability to compare, generalize, and make logical judgments should be inculcated in them.

Keywords: vocabulary, grammatical habits, communicative speech, environment, exercise



MƏQALƏNİ YÜKLƏ [397,24 Kb] (yüklənib: 6)


Baxış: 55
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]