DOI: https://doi.org/10.36719/2706-6185/29/16-20
Zülfiyyə Hacıyeva
Sumqayıt Dövlət Universiteti
iqtisad üzrə fəlsəfə doktoru
MÜƏSSİSƏDƏ STRATEJİ PLANLAŞDIRMASININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
Xülasə
İqtisadi səmərəlilik müəssisələrin uğurlu fəaliyyətinin əsas komponentlərindən biridir. O, təşkilatın məqsədlərinə çatmaq, davamlı artım və gəlirliliyi təmin etmək qabiliyyətini müəyyənləşdirir. Səmərəlilik müəssisə üçün daimi prioritet olmalıdır və bu, sistemli yanaşma, davamlı təkmilləşdirmə və çeviklik tələb edir. İqtisadi səmərəliliyə nail olmaq üçün istehsal proseslərini optimallaşdırmaq lazımdır. Buraya resurslardan istifadənin yaxşılaşdırılması, xərclərin azaldılması, məhsuldarlığın artırılması və istehsal vaxtının azaldılması daxildir. Müəssisə öz proseslərini davamlı olaraq təkmilləşdirməyə çalışmalı və fəaliyyətinin səmərəliliyini artırmaq üçün müasir idarəetmə üsullarını və texnologiyalarını tətbiq etməlidir.
Açar sözlər: müəssisə, iqtisadi səmərəlilik, strateji planlaşdırma, maliyyə planlaşdırması, strateji plan, strategiya
Zulfiyya Hajiyeva
Sumgayit State University
PhD in economics
Directions for improving the strategic planning in the enterprise
Abstract
Economic efficiency is one of the main components of the successful operation of enterprises. It determines the organization's ability to achieve its goals, ensure sustainable growth and profitability. Efficiency must be a constant priority for the enterprise and this requires a systematic approach, continuous improvement and flexibility. To achieve economic efficiency, it is necessary to optimize production processes. This includes improving resource utilization, reducing costs, increasing productivity, and reducing production time. The enterprise should strive to continuously improve its processes and apply modern management methods and technologies to increase the efficiency of its activities.
Keywords: enterprise, economic efficiency, strategic planning, financial planning, strategic plan, strategy