DOI: https://doi.org/10.36719/2706-6185/29/45-51
Gülər Sadıqova
Bakı Dövlət Universiteti
dissertant
https://orcid.org/0000-0002-2054-5900
AZƏRBAYCAN VƏ AMERİKA PREZİDENTLƏRİNİN ÇIXIŞLARINDA
SİYASİ METAFORALARIN ƏSAS MƏNBƏ DOMENLƏRİ
Xülasə
Müasir metafora nəzəriyyəsinə görə, metaforizasiyanın əsasını iki konseptual sahənin - mənbə sferasının və hədəf sferasının (və ya maqnit sferasının) qarşılıqlı əlaqəsi təşkil edir. Bu anlayışlar metaforanın fəaliyyətini başa düşmək üçün Lakoff və Conson tərəfindən təqdim edilmişdir. Müəlliflər onları bir mücərrəd sahənin (hədəf sferasının) konkret sahə (mənbə sferası) baxımından dərk edilməsi prosesini təşkil edən metaforanın iki komponenti kimi müəyyən etmişdir. Metafora cəmiyyətin müxtəlif təbəqələrinin siyasi baxışlarına təsir vasitəsi kimi siyasi liderlərin nitqində fəal şəkildə istifadə olunur. İctimai şüuru manipulyasiya etməkdə, tamaşaçıların müəyyən bir fenomenə və ya hadisəyə müsbət münasibətini, habelə müvafiq emosional fonu formalaşdırmaqda ən çox maraqlı olan siyasətçilərdir. İctimai nitqdə metaforadan səmərəli istifadə etmək bacarığı, bir qayda olaraq, kütləvi auditoriya üçün nəzərdə tutulmuşdur və siyasətçinin yüksək natiqlik bacarığından xəbər verir ki, bu da öz növbəsində onun populyarlıq reytinqinə birbaşa təsir göstərir. Prezidentlər nitqlərində digər ritorik vasitələrlə yanaşı, dövlət siyasətinin ən təsirli alətlərindən biri kimi metaforadan geniş istifadə edir. Bu məqalədə biz Azərbaycan və Amerika prezidentlərinin ictimai çıxışlarında konseptual metaforaların mənbə domenlərini araşdırıb onlardan istifadənin xüsusiyyətlərini nəzərdən keçirəcəyik.
Açar sözlər: konseptual metafora, mənbə domen, hədəf domen, xəritələşdirmə, personifikasiya
Gular Sadigova
Baku State University
PhD student
https://orcid.org/0000-0002-2054-5900
gularnabiyeva@gmail.com
Main source domains of political metaphors in the speeches of
Azerbaijan and American presidents
Abstract
According to the modern theory of metaphor, the basis of metaphorization is the interaction of two conceptual domains - the source domain and the target domain (or magnetic sphere). These concepts were introduced by Lakoff and Johnson to understand the functioning of metaphor. The authors defined them as two components of a metaphor that constitute the process of understanding an abstract sphere (target domain) from a concrete (source domain) point of view. Metaphor is actively used in the speech of political leaders as a means of influencing the political views of different sections of society. Politicians are the most interested figures in manipulating public consciousness, shaping the audience's positive attitude to a certain phenomenon or event, as well as the corresponding emotional background. The ability of using metaphor effectively in public speech, as a rule, is intended for a mass audience and indicates a politician's high oratory skills, which, in turn, directly affects his popularity rating. Among other rhetorical devices, presidents make extensive use of metaphor in their speeches as one of the most effective tools of public policy. In this article, we will examine the source domains of conceptual metaphors in the public speeches of Azerbaijani and American presidents and consider the features of their use.
Keywords: conceptual metaphors, source domain, target domain, mapping, personification