DOI: https://doi.org/10.36719/2706-6185/30/10-17
Əliyar Orucov
Fövqəladə Hallar Nazirliyinin Akademiyası
fəlsəfə üzrə fəlsəfə doktoru
UOT 316.33
ORCID ID: 0009-0002-7998-207X
orucov.aliyar@mail.ru
AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRPASI CƏNUBİ QAFQAZDA
YENİ GEOSİYASİ REALLIQLAR YARADIR
Xülasə
Keçmiş Sovetlər birliyinin dağılması ərəfəsində cənubi Qafqaz regionuna yönəlik baxışlar yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olundu. Bu münaqişə postsovet məkanında ən qanlı münaqişələrdən biri kimi tarixə düşmüşdür. Münaqişənin əsas səbəbinin Azərbaycan Respublikasına qarşı Ermənistanın ərazi iddiası, hərbi təcavüzü və erməni separatizmi olduğu nəzərə çatdırılır. Məqalə Azərbaycan-Ermənistan münaqişəsinin tarixi kökləri, səbəbləri, bölgəyə təsir edən xarici və daxili amillərin sosial-siyasi aspektdən araşdırılmasına həsr olunub. Məqalədə Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Azərbaycan Ordusunun əks-hücuma keçməsi, öz ərazi bütövlüyünü bərpa etməsi və 44 günlük vətən müharibəsinin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq araşdırılaraq tədqiq olunub. Ermənistanın ərazi iddiası və hərbi təcavüzü nəticəsində yaranan bu münaqişə böyük maddi və insani tələfatlara, bədbəxtliklərə səbəb olmuşdur. Münaqişə zamanı bir milyondan artıq azərbaycanlı öz yaşayış yerlərini tərk edib qaçqına və məcburi köçkünlərə çevrilmişdir. İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında milli-mədəni irsi talayaraq məhv edib, şəhərləri və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan vurub.
Açar sözlər: münaqişə, Cənubi Qafqaz, Qafqaz Albaniyası, Azərbaycan, Ermənistan, Minsk qrupu, Lissabon sammiti, Madrid prinsipi, regional təhlükəsizlik, milli təhlükəsizlik, vətən müharibəsi, ərazi bütövlüyü
Aliyar Orujov
Academy of the Ministry of Emergency Situations
PhD in philosophy
UOT 316.33
ORCHID ID: 0009-0002-7998-207X
orucov.aliyar@mail.ru
The restoration of Azerbaijan's territorial integrity creates new geoseological realities
in the South Caucasus
Abstract
On the eve of the collapse of the former Soviet union, views on the South Caucasus region were observed with the emergence of new conflict centers. This conflict has been written down in history as one of the bloodiest conflicts in the post-Soviet space. The main reason for the conflict is Armenia's territorial claim, military aggression and Armenian separatism against the Republic of Azerbaijan is pointed out. The article is devoted to the investigation of the historical roots and causes of the Azerbaijan-Armenia conflict, external and internal factors affecting the region from the socio-political aspect. In response to Armenia's provocations, Victorious Azerbaijani Army launched a counter-attack, restored its territorial integrity, and the new geopolitical reality created by the 44-day patriotic war in the South Caucasus was studied and investigated in the article. This conflict, which arose as a result of Armenia's territorial claim and military aggression, has caused great material and human losses and misfortunes. During the conflict, more than one million Azerbaijani left their places of residence and became refugees and internally displaced persons. During the occupation, Armenia looted and destroyed the national and cultural heritage of Azerbaijan, destroyed cities and other settlements, and caused severe ecological damage to the region.
Keywords: conflict, South Caucasus, Caucasian Albania, Azerbaijan, Armenia, Minsk Group, Summit Lisbon, Madrid Principles, regional security, national security, patriotic war, territorial integrity