DOI: https://doi.org/10.36719/2706-6185/30/25-29

Nərgiz Seyidova

     Azərbaycan Dillər Universiteti

filologiya elmlər doktoru

seyidova.sardarova@gmail.com


MÜASİR FRANSIZ DİLİNDƏ İDMAN DİSKURSUNUN BƏZİ XÜSUSİYYƏTLƏRİ


Xülasə

Fransız dilində idman diskursu ölkənin dilinin və mədəniyyətinin fərdiliyini təcəssüm etdirir, Fransada idman aləmində iştirak edənlər üçün unikal təcrübə yaradır. Fransız dilində idman diskursu yalnız idmanın texniki tərəflərini əks etdirmir, həm də özündə mədəni və emosional nüansları cəmləşdirir və onu Fransanın linqvistik irsinin mühüm elementinə çevirir. 

Məqalədə müəllif idman diskursunun spesifikliyinin əsas aspektlərini, onun müxtəlifliyini, nəzəri aspektlərini, o cümlədən sosial-mədəni və kommunikativ faktorları araşdırır.

İdman Fransada mədəniyyətin mühüm tərkib hissəsidir və fransız dilində idman diskursu bununla bağlı hisslərin ifadə olunmasında əsas rol oynayır. İdmanın futbol növündən  alpinizmə qədər idman terminologiyası fransız dilini zənginləşdirir və özündə bu xalqın özünəməxsus xüsusiyyətlərini əks etdirir. Məqalədə müəllif idman terminologiyası nümunələrinin, xüsusən də Fransada çox məşhur olan futbol və tennis azarkeşlərinin leksikası nümunələrinin kifayət qədər zəngin arsenalını təqdim edir.

Açar sözlər: leksikologiya, sport, diskurs, futbol, terminologiya, şərhlər


Nargiz Seyidova

Azerbaijan University of Languages

doctor of sciences in philology

seyidova.sardarova@gmail.com


Some features of sports discourse in modern French


Abstract

Sports discourse in French embodies the individuality of the country's language and culture, creating a unique experience for those involved in sports in France. Sports discourse in French not only reflects the technical aspects of sports, but also includes cultural and emotional nuances, making it an important element of the linguistic heritage of France.

In the article, the author examines the main aspects of the specificity of sports discourse, its diversity, theoretical aspects, including socio-cultural and communicative factors.

Sport is an important part of the culture in France, and sports discourse in French plays a key role in expressing feelings about it. 

From football to mountaineering, sports terminology enriches the French language and reflects the unique characteristics of this nation. In the article, the author presents a fairly rich arsenal of examples of sports terminology, in particular, examples of the lexicon of football and tennis fans, which are very popular in France.

Keywords: lexicology, sport, discourse, football, terminology, interpretations



MƏQALƏNİ YÜKLƏ [387.45 Kb] (yüklənib: 13)


Baxış: 247
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az