0DOI: https://doi.org/10.36719/2706-6185/30/41-46
Pərvin Qafarova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
parvin.gafarova@gmail.com
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İKT AVADANLIĞI İLƏ TƏMİNOLUNMA
PROSESİNİN SƏMƏRƏLİ TƏŞKİLİ
Xülasə
İnteraktiv təlim üsullarından və dərsdə İKT-nin istifadəsindən bir sıra müsbət nəticələr alınır. Şagirdlərlə yuxarıda sadalanan metodlardan istifadə etməklə dərs aparıldıqda, onlarda düşünmə qabiliyyəti yüksəlir, onların təfəkkürləri bir neçə istiqamət üzrə inkişaf edir:
Şagirdlərdə şəxsilikdən ictimailiyə; asılılıqdan müstəqilliyə; İKT-dən istifadə vərdişlərinə; intuisiyadan məntiqə; tək fikirlilikdən alternativliyə; yaradıcılığa və vizual effektlərə; müstəqil tədqiqat işlərinin aparılması vərdişlərinə; analiz etmə, araşdırma, dərketmə və ümumiləşdirmə qabiliyyətinə; ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığına; təbiətə sevgi və onun qorunması istəyinin dərinləşməsinə; kompüter proqramları ilə tanışlığa; şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığına; auditoriya qarşısında sərbəst çıxış etmə qabiliyyətinə doğru inkişaf müşahidə olunur.
Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs həm də düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, o həm də şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaqdır.
İKT-dən istifadə zamanı bir sıra problemlər yaranır.
- Bir faktı nəzərə almaq lazımdır ki, bugün texnoloji avadanlığın sürətlə köhnəlməsi prosesi gedir. Əvvəllər məktəblərin yalnız kompyuterlə və internetlə təchiz olunması nəzərdə tutulurdusa, bugün artıq söhbət noutbukların, interaktiv lövhələrin alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir.
- İKT-nin sağlamlığa zərər vurması, uşaqlarda kompyuter asılılığının əmələ gələ bilməsi barədə cəmiyyətdə mənfi fikirlərin olması, elektron təhsildə bir sıra müəllimlərin özavtoritetlərinin aşağı düşəcəyindən qorxması, yaşlı müəllim heyətinin kompyuterdə işləməyə az meyilli olması da neqativ amillərdəndir.
- Bunlardan əlavə, bəzən məktəblilərin, xüsusən yuxan sinif şagirdlərinin kompyuterdən istifadə qaydalarını müəllimlərdən daha yaxşı bilməsi dərs zamanı uşaqların əylənməsinə yol açır. Bu zaman şagirdlər dərslə deyil, bir-birlərinə mesaj göndərməklə və ya oyun oynamaqla məşğul olurlar, İnformatik savadı aşağı olan müəllimlərin isə şagirdlərin belə “hiylələrindən” xəbəri olmur.
Kompüter texnologiyalarının multimediya imkanlarının biologiyanın tədrisində düzgün istifadəsi, informasiyanın bir neçə kanalından eyni vaxtda istifadə etməyə imkan verir. Şagird təlim materialını həm görür, həm eşidir, həm fəal surətdə materialın mənimsənilməsinə cəlb edilir. Bu amillər şagirdlərin təfəkkür fəallığının yüksəlməsinə səbəb olur.
Açar sözlər: məktəb, sinif, İKT, internet, şagird, müəllim
Parvin Gafarova
Azerbaijan State Pedagogical University
doctor of philosophy in pedagogy
Effective organization of the providing process of educational institutions with ICT equipment
Abstract
A number of positive results are obtained from interactive teaching methods and the use of ICT in the classroom. When students are taught using the methods listed above, their thinking ability increases, their thinking develops in several directions: from personal to social in students; from dependence to independence; ICT usage habits; from intuition to logic; from single-mindedness to alternative; to creativity and visual effects; habits of conducting independent research; the ability to analyze, research, understand and generalize; the ability to characterize the signs of any object in the environment; to the deepening of love for nature and the desire to protect it; familiarization with computer programs; the ability to prepare personal research in the form of a presentation; development towards the ability to speak freely in front of the audience is observed.
The importance of the lesson is determined not only by its content, but also by its form. The lesson is also useful because it teaches thinking. The lesson is useful when it arouses lively interest and sharp reaction in students, prompts them to engage in discussion and act according to the material. Such a lesson will not only be lively and interesting, but will also instill in students free-thinking habits that will be useful to them throughout their lives.
A number of problems arise when using ICT.
- It is necessary to take into account one fact that today technological equipment is rapidly becoming obsolete. If earlier it was planned to equip schools only with computers and the internet, today we are talking about the purchase of laptops, interactive whiteboards, and the establishment of wireless communication systems.
- There are negative factors in the society that ICT harms health, children can develop computer addiction, some teachers are afraid that their authority will decrease in e-education, and elderly teachers are less inclined to work on computers.
- In addition to these, sometimes schoolchildren, especially students of lower grades, know the rules of computer use better than teachers, which makes it possible for children to have fun during class. At this time, students are busy sending messages to each other or playing games, and teachers with low computer literacy do not know about such tricks, quot of students.
The correct use of multimedia capabilities of computer technologies in the teaching of biology allows to use several channels of information at the same time. The student sees and hears the learning material, and is actively involved in learning the material. These factors increase the thinking activity of students.
Keywords: school, classroom, ICT, internet, student, teacher