DOI: https://doi.org/10.36719/2706-6185/30/36-40
Türkan İsmayıllı
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
ismayilliturkanmehrac@gmail.com
MÜRƏKKƏB VƏ BUDAQ CÜMLƏLƏRDƏ AFFİRMATİV MODALLIQ
Xülasə
Məqalədə affirmativliyə modallığın alt kateqoriyası olması aspektindən yanaşılır. Burada affirmasiya ifadə edən modallığın mürəkkəb və budaq cümlələrdə ortaya çıxmasından, onları formalaşdıran leksik, sintaktik və praqmatik vasitələrdən bəhs edilir. “Do” köməkçi feilinin affirmativ modallıq olma xüsusiyyəti də analiz edilir. Qarşıya qoyulan problem müxtəlif nümunələrdən istifadə etməklə izah edilir.
Açar sözlər: modallıq, təsdiqlənmə, dərəcəvi təsdiqlənmə, vurğulanan təsdiqlənmə
Turkan Ismailli
Nakhchivan State University
PhD in philology
ismayilliturkanmehrac@gmail.com
Affirmative modality in compound and subordinate sentences
Abstract
In the article, affirmativeness is approached from the aspect of being a subcategory of modality. The emergence of the modality expressing affirmation in complex and subordinate sentences and the lexical, syntactic and pragmatic means that form them are discussed here. The characteristic of the auxiliary verb "do" being an affirmative modality is also analyzed. The problem is explained using different examples.
Keywords: modality, affirmation, gradual affirmation, emphatic affirmation