DOI: https://doi.org/10.36719/2706-6185/30/47-52
Pərviz Allahverdiyev
Naxçıvan Dövlət Universiteti
doktorant
pervizallahverdiyev06@gmail.com
YENİ VƏ GƏNC NƏSLİN HƏRBİ VƏTƏNPƏRVƏRLİK
TƏRBİYƏSİNDƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ROLU
Xülasə
Müasir hərbi vətənpərvərlik tərbiyəsi mövzusundakı dərs şagirdlərə geniş hərbi biliklər verməklə yanaşı həmdə onları demokratik Azərbaycana sədaqət ruhunda böyütmək, vətənimizin fəal nümayəndələri kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri kimi işinə məhəbbət əzmində tərbiyə etmək vəzifəsini şərəflə öyrənir. Şagirdlərlə birgə məktəb direktorunun və çağırışaqədərki hazırlıq müəlliminin fəaliyyəti ilə təşkil olunmuş düşərgələrdə, hərbi kabinələrdə, hərbi hissələrdə, hərbi təlim-tədris müəssisələrində, Azərbaycan Ordusunun tarixi sərkədələrinə məxsus ev muzeylərində və.s yerlərdə təşkil olunmuş hərbi vətənpərvərlik mövzularındakı çıxışlar, söhbətlər, Azərbaycan hərb sahəsinə dair materiallardan istifadə etməklə şagirdlərin nəinki müəyyən nöqsanlarının aradan qaldırılmasına kömək edir, eyni zamanda onlarda hərbi vətənpərvərlik tərbiyyəsinin formalaşmasına və gələcək əsgər və ya zabit olmasında,daha milli dəyərlərin formalaşmasına zəmin yaratmış olar. Odur ki, təhsil müəsissələrində hərbi vətənpərvərlik tərbiyəsinin qurulması, təşkili üçün məktəb direktorunun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, sinifdənxaric və məktəbdənkənar işlərin təşkilatçısının, sinif rəhbərinin müəllimin, hərbi rəhbərin vəzifələri olduqca böyük əhəmiyyət kəsb edir. Lakin orta məktəbdə çağırışaqədərki hazırlıq müəlliminin bu işi hansı səviyyədə aparması məktəb rəhbərliyinin və pedoqoji kollektivin onlara hansı dərəcədə kömək etməsi və şərait yaratmasındanda çox asılıdır. Hərbi vətənpərvərlik tərbiyəsi ibtidai siniflərdə öz startını alır və öz təməlini qoyur. Məktəbdə sinif otağında təlim-tədris prosesləri zamanı bu hislər dahada genişləndirilir.
Açar sözlər: hərbi, vətənpərvərlik, tərbiyə, müəllim, yeni, gənc nəsil, təhsil müəssisəsi
Parviz Allahverdiyev
Nakhchivan State University
PhD student
pervizallahverdiyev06@gmail.com
The role of educational institutions in military patriotic upbringing of
the new and young generation
Abstract
The modern course of military patriotic education not only provides students with comprehensive military knowledge, but also honors the task of raising them in the spirit of loyalty to democratic Azerbaijan, educates them in the determination of love for the work of the Armed Forces of the Republic of Azerbaijan as active representatives of our motherland. Speeches on military patriotism, conversations about the Azerbaijani military sphere, organized with students in camps, military huts, military units, military educational institutions, house museums of historical units of the Azerbaijani Army, etc., using such materials, not only help to eliminate some of the shortcomings of students, but also create the basis for the formation of military patriotism in them and the formation of more national values on the way to becoming a future soldier or officer. Therefore, for the establishment and organization of military patriotism education in educational institutions, the duties of the school director, deputy director for training and education, organizer of extracurricular and extracurricular activities, class leader, teacher, and military leader are of great importance. However, the extent to which the student teacher in the secondary school will be able to do this work depends largely on how much the school administration and the pedagogical team help them and create conditions. The education of military patriotism begins in primary schools and its foundations are laid. These feelings become more widespread in the teaching-learning process in the classroom at school
Keywords: military, patriotism, education, teacher, new, young generation, educational institution