DOI: https://doi.org/10.36719/2706-6185/30/59-64
Elçin Osmanov
Bakı Biznes Universiteti
doktorant
osman.elchin@gmail.com
KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İQTİSADİ MEXANİZMİ VƏ ONUN TƏRKİB ELEMENTLƏRİNİN FORMALAŞMASININ BƏZİ MƏSƏLƏLƏRİ
Xülasə
Tədqiqatın məqsədi – KOS-ın inkişaf etdirilməsi ilə bağlı dünya təcrübəsinin öyrənilməsindən ibarətdir.
Tədqiqaytın metodologiyası – tədqiqat işində təhlil, ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın tədqiqi əhəmiyyəti – KOS subyektlərinə dövlət dəstəyinin formaları təsnifləşdirilmiş və onun ölkə iqtisadiyyatına, o cümlədən, İAEƏ tətbiqi istiqamətləri müəyyən edilmişdir.
Tədqiqatın nəticələri – KOS subyektlərinin dəstəklənməsi sahəsində iqtisadi və texnoloji vasitələrdən istifadə edilməsi sahəsində təkliflər müəyyənləşdirilmişdir.
Tədqiqatın orjinallığı və elmi yeniliyi – KOS subyektlərinə dövlət dəstəyinin formaları və metodlarının hər bir ölkənin təbii və iqtisadi xüsusiyyətlərinə, iqtisadi sistemin tipindən və xarakterindən, dövlət büdcəsindən asılılığı müəyyənləşdirilmişdir.
Açar sözlər: KOS, iri sahibkarlıq, maliyyə yardımları, dövlət dəstəyi, vergi güzəştləri, iqtisadi təhlükəsizlik, KOS-un ölçüləri
Elchin Osmanov
Baku Business University
PhD student
osman.elchin@gmail.com
Economic mechanism of small and medium entrepreneurship and some issues on its
forming of component elements
Abstract
The purpose of the research is to study the world experience related to the development of SME.
Methodology of the research - analysis and generalization methods were used in the research work.
Research importance of the study - the forms of state support to the subjects of SME are classified and its applications to the country's economy, including the IEE, are determined.
The results of the research - suggestions for the use of economic and technological means in the field of supporting SME subjects have been defined.
The originality and scientific novelty of the research - the dependence of the forms and methods of state support for SMEs on the natural and economic characteristics of each country, on the type and character of the economic system, and on the state budget was determined.
Keywords: SME, large entrepreneurship, financial assistance, state support, tax incentives, economic security, dimensions of SME