Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/39/93-101

Səbinə Kazımova 

AMEA Respubilka Seysmoloji Xidmət Mərkəzi

minerologiya üzrə fəlsəfə doktoru

sabina.k@mail.ru

Gültəkin Musayeva

AMEA Respubilka Seysmoloji Xidmət Mərkəzi

musayeva.gultekin@inbox.ru

        Güləsər Əsgərova

AMEA Respubilka Seysmoloji Xidmət Mərkəzi

guleserb95@mail.ru


MAQNİTUDASI M=7.8, M=7.6 OLAN 6 FEVRAL 2023-CÜ İLDƏ KAHRAMANMARAŞ ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ  ZƏLZƏLƏLƏRİN GÜCLƏNDİRMƏ 

FAKTORUNUN HESABLANMASI


Xülasə

Məqalədə 6 Fevral 2023-cü ildə 9 saat fərq ilə Türkiyə ərazisində, Kahramanmaraş şəhərində baş vermiş zəlzələlər təhlil edilmişdir. Geoloji, tektonik, seysmogeoloji məlumatlar əsasında 57 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsinə əsasən Türkiyə zəlzələləri analiz edilmişdir. Makroseysimik məlumatlara əsasən zəlzələlər ölkənin 10 vilayətində və İsraildə, İraqda, Livanda, Gürcüstanda, Azərbaycanda və Ermənistanda da hiss olunub. Mənbələrin dərinliyə görə paylanmasının təhlili 3 ilə 30 km dərinlikdə yerləşən iki mənbə zonasını göstərdi. 6 fevral 2023-cü ildə baş verən zəlzələnin mənbəyi şimal-şərq-cənub-qərb istiqamətində yönəlmiş Şərqi Anadolu qırılmanın dinamikası ilə bağlıdır. Türkiyənin əsas tektonik strukturlarından biri olan Şərqi Anadolu qırılması şimalda Karliova Üçlü Qovşağı ilə başlayır və cənubda Ölü dəniz qırağı ilə birləşir. Zəlzələlərin nəticəsində 50000 çox nəfər ölüb, 548777 yaralananlar, dağıntıya məruz qalmış bina sayı 198,000 çatmışdır. Ərazinin gücləndirmə faktorunu müəyyən etmək  məqasədi ilə AFAD-ın rəsmi saytından 55 stansiya məlumatları götürülmüş, DİMAS proqramı vasitəsi ilə 3 kanalla emal olunmuşdur. Nakamura üsuldan isdifadə edilmişdir. Həmin ərazi üzrə gücləndirmə faktoru hesablanmışdır. Arcgis10.6 və Surfer10 proqramları ilə xəritələr qurumuşdur. Müəyyən edilmişdir ki, saat 04:17:35-də baş verən zəlzələdə gücləndirmə faktoru min 1.8-max 7.8; saat 13:29:49-də baş verən zəlzələdə  isə gücləndirmə faktoru min 1.5-max 9.0 olmuşdur.

Açar sözlər: zəlzələ, telemetrik stansiyalar, AFAD, Dimas, Nakamura üsulu, gücləndirmə faktoru


Sabina Kazimova 

Repubilcan Seismic Survey Center of ANAS

PhD in mineralogy

sabina.k@mail.ru

Gultakin Musayeva

Repubilcan Seismic Survey Center of ANAS

musayeva.gultekin@inbox.ru

        Gulasar Asgarova

Repubilcan Seismic Survey Center of ANAS

guleserb95@mail.ru



Calculation of the amplification factor of the earthquake with the magnitude 

M=7.8, M=7.6 that happened in the city of Kahramanmarash on february 6, 2023


Abstract

In the article, the earthquakes that occurred in the city of Kahramanmarash on the territory of Turkey on February 6, 2023, with a difference of 9 hours, were analyzed. Based on geological, tectonic, seismogological data, earthquakes in Turkey were analyzed based on the observation network consisting of 57 telemetric seismic stations. According to macroseismic data, earthquakes were felt in 10 regions of the country and in Israel, Iraq, Lebanon, Georgia, Azerbaijan and Armenia. Analysis of source distribution by depth indicated two source zones located between 3 and 30 km depth. The source of the earthquake that occurred on February 6, 2023 is related to the dynamics of the Eastern Anatolian fault, oriented in the northeast-southwest direction. One of Turkey's major tectonic structures, the Eastern Anatolian Fault begins with the Karliova Triple Junction in the north and joins the Dead Sea Fault in the south. As a result of the earthquakes, more than 50,000 people died, 548,777 were injured, and the number of destroyed buildings reached 198,000. In order to determine the strengthening factor of the area, the data of 55 stations were taken from the official website of disaster and emergency (AFAD) and processed with 3 channels using the DIMAS program. Nakamura's method was used. Amplification factor was calculated for that area. Maps were drawn with Arcgis10.6 and Surfer10 programs. It was determined that the amplification factor in the earthquake that occurred at 04:17:35 min 1.8-max 7.8; and in the earthquake that occurred at 13:29:49, the amplification factor was min 1.5-max 9.0.

Keywords: earthquake, telemetric stations, disaster and emergency (AFAD), Dimas, Nakamura, amplification factor



MƏQALƏNİ YÜKLƏ [1.37 Mb] (yüklənib: 22)


Baxış: 273
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az