Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/98/19-26

Sevinc Əliyeva

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu

filologiya üzrə fəlsəfə doktoru

sevinc.k.aliyeva@gmail.com 


FOLKLOR VƏ ORTA ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATININ 

QARŞILIQLI ƏLAQƏLƏRİ


Xülasə

Folklor və orta əsrlər Azərbaycan yazılı ədəbiyyatının  qarşılıqlı əlaqələrinin nəzəri əsasları bir sıra araşdırmaların tədqiqat obyekti olmuş, müxtəlif istiqamətlərdə təhlil edilmişdir. Lakin folklor formul, obraz və motivlərinin orta əsrlər Azərbaycan ədəbiyyatina transformasiyası əsaslı şəkildə tədqiq edilməmişdir. Tədqiqat işində əsas məqsəd qeyd etdiyimiz araşdırma əsasında orta əsrlər Azərbaycan ədəbiyyatında  özünəməxsus yeri olan şifahi xalq ədəbiyyatının rolunu öyrənib tədqiq etmək, onların  bir-birinə bağlı­lı­ğını araşdırıb üzə çıxarmaqdır. Folklorun və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqində aparılan nəzəri-təcrübi araşdırmaların əsas istiqaməti hər iki ədəbiyyatın qarşılıqlı əlaqələrinin nəzəri əsaslarını öyrənmək, eləcə də sənətkarların bədii yaradıcılığında folklor formul, obraz və motivlərindən bəhrələnmə mə­qam­larını aşkar etməkdir. Klassik ədəbiyyat və xalq sənətinin mənşəyi ilə bağlı tədqiqatçıların mülahizələri , onların bu problemin elmi-nəzəri və bədii estetik əhəmiyyətinə yanaşmaları da tədqiqatımızda özünə yer almışdır. XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalara ümumi şəkildə nəzər saldıqda görürük ki, bu dövr yazıb-yaradan sənətkarlarımızın yaradıcılığının öyrənilməsi, bu istiqamətdə görülən işlər, tarixi-müqayisəli və nəzəri tipoloji təhlillər əsasında işıqlandırılmışdır. Klassika, ənənə və müasirliyin vəhdəti başlıca elmi-nəzəri  prinsip kimi ön planda dayanır. 

Açar sözlər: folklor, yazılı ədəbiyyat, orta əsrlər Azərbaycan ədəbiyyatı, klassik ədəbiyyat, mənəvi irs, ədəbi nümunələr, nəzəri-tipoloji yanaşma, xalq şeirinin formaları


Sevinj Aliyeva

Azerbaijan National Academy of Sciences Institute of Folklore

PhD in Philology

sevinc.k.aliyeva@gmail.com


Mutual relationships of folklore and medieval Azerbaijan literature


Abstract

The theoretical foundations of mutual relations between folklore and Azerbaijan written literature of the middle age have been the object of a number of the scientific research and have been analyzed in different directions. But the transformation of folklore formulas, images and motifs in Azerbaijan written literature of the middle age has not been thoroughly researched. The main goal of the research work is to research the role of oral folk literature, which has a special place in Azerbaijan written literature of the middle age, to investigate and reveal their interdependence based on the research we have mentioned. The main direction of the theoretical and experimental studies conducted in the study of folklore and Azerbaijan written literature of the middle age is to study the theoretical foundations of the mutual relations of both literatures, as well as to discover the moments of using folklore formulas, images and motifs in the literary creativity of poets. The opinions of researchers regarding the origin of classical literature and folk art, their approach to the scientific-theoretical and literary aesthetic importance of this problem have also taken place in our research. When we take a general look at the research on Azerbaijani literature of the 13th-18th centuries, we see that the study of the creativity of the poets who wrote and created in this period, the works done in this direction are highlighted on the basis of historical-comparative and theoretical typological analyses. The unity of classics, tradition and modernity is in the foreground as the main scientific-theoretical principle.

Keywords: folklore, written literature, Azerbaijan literature of the middle age, classical literature, spiritual heritage, literary examples, theoretical-typological approach, forms of folk poetry




Baxış: 272