Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/98/41-46

Samirə Yusifova 

Bakı Dövlət Universiteti

yusifova.448@gmail.com


AZƏRBAYCAN RESPUBLİKASININ ÜTT-YƏ ÜZVLÜYÜNÜN FAYDA VƏ 

RİSKLİ TƏRƏFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ


Xülasə

İkinci dünya müharibəsindən sonra meydana gələn vəziyyətdən qurtulmağa çalışan bir çox ölkə azad ticarət təcrübələrini həyata keçirməyi seçmişdir. Bu istiqamətdə həyata keçirilən araşdırmalar və tətbiqlər zamanla artmağa davam etmişdir. 1980-ci illərin sonlarında universal ölçülərə çatan bu inkişaf perspektivəri bütün dünyanı vahid bazara çevirməyə meylli idi. 1947-ci ildə GATT çərçivəsində başlanan gömrük tarifləri və kvotaların aradan qaldırılması ilə azad ticarət təcrübələrinin yayılmasına dair araşdırmalar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yaradılması ilə daha geniş vüsət aldı. 

ÜTT beynəlxalq ticarəti maksimum səviyyədə liberallaşdırmaqla azad və şəffaf rəqabət şəraitində dünyanın rifah səviyyəsini yüksəltmək məqsədi daşıyır. Bu məqalədə  müasir dünyada öz yerini tutmağa hazırlaşan Azərbaycan Respublikasının 1997-ci il iyunun 23-dən ÜTT-yə üzvlüklə bağlı  səyləri və onun üzvlük statusu araşdırılmışdır. Qeyd etmək lazımdır ki, həm üzvlüklə bağlı aparılan araşdırmalar, həm də bu araşdırmalar nəticəsində üzvlük prosesinin yekunlaşması Azərbaycan üçün müəyyən qazanc və itkilərə səbəb olacaqdır. Məqalədə bəhs  olunan bu qazanc və itkilər müəyyən edilmiş və üzvlük prosesində həyata keçirilməli  olan tədbirlər qısa şəkildə müzakirə edilmişdir.

Açar sözlər: ÜTT, təşkilati quruluş, Azərbaycan, Azərbaycanın ÜTT-yə üzvlüyü, fayda və risklər


Samira Yusifova 

Baku State University

yusifova.448@gmail.com


Assessment of the benefits and risks of  WTO membership of the Azerbaijan Republic


Abstract

In an attempt to break free from the post-World War II environment, many nations chose to implement free trade policies. Over time, more research and applications have been created in this area. These changes, which became global in scope in the late 1980s, had the tendency to make the world a one market. With the creation of the World Trade Organization, research on the spread of free trade principles through the elimination of customs tariffs and quotas-which had been started under the auspices of the GATT in 1947-was given greater prominence, and the authority of sanctions was reinforced. 

WTO seeks to maximize worldwide trade liberalization in order to raise the degree of global welfare under transparent and open competition. This study focuses on the Republic of Azerbaijan's membership status and activities in the World Trade Organization (WTO), which was established on June 23, 1997. Azerbaijan is getting ready to assume its place in the modern world. There will be some gains and loses for Azerbaijan from the research done in preparation for membership as well as from the actualization of membership as a result of these studies. The study calculated the profits and losses given, and it briefly explained what needed to be done.

Keywords: WTO, organizational structure, Azerbaijan, Azerbaijans’ WTO Accession, benefits and risks.



Baxış: 269