DOI: https://doi.org/10.36719/2663-4619/98/82-86
Gülgün Novruzova
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
gulgun.n02@gmail.com
BANKLARIN YENİDƏN TƏŞKİLİ PROSESİ
Xülasə
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Milli Bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir. Milli Bank kredit, pultədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir.
Açar sözlər: palata, depozit hesabı, bank, əmanət, plan
Gulgun Novruzova
Azerbaijan State University Economics (UNEC)
master student
gulgun.n02@gmail.com
Process of reorganization of banks
Abstract
One of the legislative acts adopted immediately after Azerbaijan regained its independence, Article 14 of the Constitutional Law of the Republic of Azerbaijan dated May 25, 1991 "On the Basics of the Economic Independence of the Republic of Azerbaijan", entitled "Banking System and Money Circulation", provides for an independent banking system in Azerbaijan and a national the legal basis of currency circulation was established, the status and powers of the National Bank were determined. The National Bank was declared the supreme issuing authority, which implements state policy in the field of credit, money circulation, settlements and currency relations, regulates the activity of the banking system as a whole, and performs the functions of a reserve bank.
Keywords: chamber, deposit account, bank, savings, plan