DOI: https://doi.org/10.36719/2663-4619/98/97-101
Humay Ələkbərova
Bakı Dövlət Universiteti
magistrant
POST PANDEMİYA DÖVRÜNDƏ BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD VƏZİYYƏTİ
Xülasə
Müasir beynəlxalq iqtisadi əlaqələrin inkişafı şəraitində ölkələrin beynəlxalq təşkilatlarda iştirakı yeni koronavirus infeksiyası pandemiyasına qarşı mübarizədə iqtisadi inteqrasiyanı gücləndirməyə imkan verir. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə qlobal pandemiyaya çevrilən Covid-19 beynəlxalq münasibətlər sahəsində köklü dəyişikliklərə və transformasiyalara səbəb olub. Beynəlxalq sistemin bütün iştirakçıları, xüsusilə dövlətlər, Covid-19 böhranına qarşı iqtisadi, siyasi və sosial dəyişikliklərin necə nəticə verəcəyi ilə bağlı cavablar axtarmağa başlayıblar. İlk növbədə pandemiyanın səbəbi və necə yarandığı ilə bağlı suallar bütün dünyanı iqlim böhranı və ekologiya kimi qlobal problemlər üzərində yenidən düşünməyə vadar edib. Növbəti prosesdə Covid-19 böhranı, inkişaf səviyyəsindən asılı olmayaraq dövlətlərin böhrandan çıxma imkanlarının zəifliyini də ortaya qoydu. Ölkələr beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində hüquqi tənzimləmə sahəsində səylərini əlaqələndirirlər. Covid – 19 pandemiyası zamanı iqtisadi əməkdaşlıq və iqtisadi inteqrasiya sahəsində ekspertlər beynəlxalq görüşlər və konfranslar keçirirdilər. Bu tədbirlər çərçivəsində beynəlxalq iqtisadiyyatın vəziyyəti, habelə hüquqi tənzimləmə sahəsində planların müzakirəsi, yeni beynəlxalq hüquqi aktların nəşri nəzərdə tutulur.
Açar sözlər: beynəlxalq iqtisadi münasibətlər, Covid-19, iqtsadi əməkdaşlıq, qlobal iqtisadiyyat, dünya ölkələri
Humay Alakbarova
Baku State University
master student
The current state of regulation of international economic relations in the post-pandemic era
Abstract
In conditions of modern international economic relations, the participation of countries in international organizations allows to strengthen economic integration in the fight against the new coronavirus infection pandemic. Covid-19, which emerged in Wuhan, China in December 2019 and turned into a global pandemic in a short time, caused radical changes and transformations in the field of international relations. All participants of the international system, especially states, began to seek answers about how economic, political and social changes will result in the Covid-19 crisis. First of all, the questions of why and how the pandemic happened led the whole world to rethink global issues such as the climate crisis and ecology. In the next period, the Covid-19 crisis also revealed the weakness of the states' ability to get out of the crisis, regardless of the level of development. Countries coordinate their efforts in the field of legal regulation within the framework of cooperation with international organizations. During the Covid-19 epidemic, experts in the field of economic cooperation and economic integration organized international meetings and conferences. Within the framework of these events, the state of the international economy is foreseen, including the discussion of plans in the field of legal regulation and the publication of new international legal acts.
Keywords: international economic relations, Covid-19, economic cooperation, global economy, world countries