DOI: https://doi.org/10.36719/2706-6185/31/10-13
Pərvin Qafarova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ KONSEPSİYASI
Xülasə
Ümumi təhsilin məzmununun yeniləşdirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Azərbaycanda “qiymətləndirmə” dedikdə, bəziləri bunu təhsilalanın təlim nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Lakin dünya təcrübəsində təhsilalanın biliyinə verilən qiymət, həm də müəllimlərin və məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinə verilən qiymət kimi qəbul edilir. Belə düşüncə sovet dövründən qalmış qiymətləndirmə qaydalarından və Azərbaycanda qiymətləndirmə üzrə yeni konsepsiyanın olmamasından irəli gəlir. Ənənəvi qiymətləndirmə məzmunun tərkib hissəsi sayılmadığından, həmişə müəllimin subyektiv mülahizələrinə əsaslanırdı, şagirdlərdə təlimə marağı artırmaq əvəzinə, əksinə azaldır, onların inkişafını sistemli şəkildə izləməyə imkan vermirdi və bu da, bir qayda olaraq, şagirdləri qiymət almaq xatirinə oxumağa sövq edirdi. Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şkalaya keçidlə əlaqədar bəzi regionlarda eksperimentlər aparılmışdır. Nəticə göstərmişdir ki, bal sistemindən asılı olmayaraq, tətbiq edilən qiymətləndirmə sistemi şagirdlərin inkişafını sistemli şəkildə izləməyə imkan vermir, şagirdin nailiyyəti keyfiyyət baxımından deyil, kəmiyyət baxımından qiymətləndirilir. Eyni zamanda qiymətləndirmənin yalnız məktəbdaxili formasının həyata keçirilməsi, milli və beynəlxalq qiymətləndirmənin tətbiq edilməməsi, məktəblərarası müqayisəyə, milli səviyyədə təhlillərə imkan vermirdi və respublikada təhsilin keyfiyyəti barədə etibarlı informasiyanın əldə olunması mümkün olmurdu.
Açar sözlər: şagird, qiymətləndirmə, bacarıq, nailiyyət
Parvin Gafarova
Azerbaijan State Pedagogical University
doctor of philosophy in pedagogy
parvin.gafarova@gmail.com
Assessment concept of student achievement
Abstract
Renewal of the content of general education necessitated the introduction of new mechanisms in the field of student achievement evaluation. When we say “evaluation” in Azerbaijan, some people consider it as a matter related to the educational results of the student. However, in world experience, the assessment of the students knowledge is also considered as an assessment of the activity of teachers and the school, the parents attitude towards education, and the level of professionalism of school leaders. Such thinking dates back to the Soviet era due to the remaining evaluation rules and the lack of a new concept of evaluation in Azerbaijan. Since traditional evaluation was not considered a part of the content, it was always based on the subjective judgments of the teacher, instead of increasing the interest in learning among students, it reduced it, it did not allow to systematically monitor their development, and this, as a rule, encouraged students to study for the sake of getting a grade. In Azerbaijan, experiments were conducted in some regions in connection with the transition from a 5-point grading scale to a 9- point grading scale. The result showed that regardless of the grading system, the applied grading system does not allow to systematically monitor the development of students, the students achievement is not in terms of quality, evaluated in terms of quantity. At the same time, only intra-school form of evaluation, non-application of national and international evaluation, did not allow inter-school comparison, analysis at the national level, and it was not possible to obtain reliable information about the quality of education in the republic. Evaluation of student achievements has entered the educational lexicon as a pedagogical concept in recent years. The concept of evaluation of knowledge, skills and habits of students has been used in the pedagogical world for a long time.
Keywords: student, evaluation, skill, achievement