DOI: https://doi.org/10.36719/2706-6185/31/18-21

Pərvin Qafarova 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

 parvin.gafarova@gmail.com 


BİOLOGİYANIN TƏDRİSİNDƏ İKT-nin TƏTBİQİNİN ƏHƏMİYYƏTİ


Xülasə

Tədris prosesində İKT-nin tətbiq edilməsi, tədrisin tərkibinin zənginləşməsinə, ona məntiqi və axtarıcı xarakter verməklə bərabər, şagirdlərin öyrənmək marağının aktivləşdirilməsinə, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və zehni fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.

İKT avadanlığının, o cümlədən interaktiv lövhənin, kompyuterin, proyektorun quraşdırılması, əks əlaqəli multimediyalı auditoriyanın təşkili ilə virtual sinif otaqlarının yaradılması problemin həllinə kömək edir. Elektron kitabxanaların yaradılması isə müəllimlərin hər bir dərslərində multimediyadan istifadə imkanlarını artırır. İKT vasitəsi ilə səs, mətn, şəkil, animasiya, video kimi məlumatları əldə etmək mümkündür. Tərcümə proqramları: dilmanc, poliqlot, linqvo, Google translate. Fənn üzrə toplanmış informasiyanın elektron vasitələrlə ana dilinə çevrilməsi və istifadəsinə imkan yaranır. Fənn tədris olunan zaman elektron lövhə, printer, skayner kimi qurğular təlim prosesinin effektli aparılmasını təmin edir.

İKT-dən istifadə edilməsi müəllimə pedaqoji elmlərin, o cümlədən biologiyanın tədrisinin inkişaf tendensiyalarını izləməyə imkan verir. Onun peşəkar səviyyəsini yüksəltməyə, dünyagörüşünü artırmağa, ən əsası isə bioloji biliklər bazasının genişləndirməsinə, sistemləşdirməsinə, dərsliklərlə sərbəst işləməsinə, əlavə informasiyalar toplanmasına kömək edir. 

Açar sözlər: İKT, biologiya, müəllim, şagird, pedaqoji elm


Parvin Gafarova

Azerbaijan State Pedagogical University

doctor of philosophy in pedagogy

   parvin.gafarova@gmail.com


The importance of the application of ICT in the teaching of biology


Abstract

The application of ICT in the teaching process serves to enrich the content of teaching, to give it a logical and searching character, to activate students’ interest in learning, to develop their creative abilities and to stimulate their mental activities. 

The installation of ICT equipment, including an interactive board, a computer, a projector, and the creation of virtual classrooms with the organization of an interactive multimedia audience help to solve the problem. The creation of electronic libraries increases the possibilities of using multimedia in each of the teachers; lessons. It is possible to obtain information such as sound, text, image, animation, video through ICT. Translation programs are: dilmanc, polyglot, lingvo, Google translate. It becomes possible to convert and use the information collected in the subject by electronic means into the native language. When the subject is taught, devices such as electronic boards, printers, and scanners ensure the effective conduct of the training process.

The use of ICT allows the teacher to follow the development trends of pedagogical sciences, including teaching of biology. It helps to raise his professional level, to increase his outlook, and most importantly, to expand and systematize his biological knowledge base, to work freely with textbooks, and to collect additional information.

Keywords: ICT, biology, teacher, student, pedagogical science

MƏQALƏNİ YÜKLƏ [584.53 Kb] (yüklənib: 10)


Baxış: 212
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az