DOI: https://doi.org/10.36719/2706-6185/31/31-36
Babək Allahverdiyev
Milli Müdafiə Universiteti
Hərbi Elmi Tədqiqat İnstitutu
adyunkt
MÜHARİBƏ ANLAYIŞI VƏ MÜASİR MÜHARİBƏLƏR
Xülasə
Məqalə müharibə haqqında ümumi anlayışdan bəhs olunur. Eyni zamanda məqalədə müharibə nəzəriyyəsi haqqında qısa məlumat verilib. Həm çox öncəki zamanlarda, həm də müasir dövrdə aparılan müharibə növləri müqayisəli şəkildə təhlil edilmişdir. Müasir müharibələrin törədə biləcəyi böyük təhlükələr geniş şəkildə araşdırılmışdır. Müasir müharibələr arasında xüsusi önəm daşıyan hibrid müharibələrin hansı prinsip və qaydalara əsaslanması haqqında məlumatlar da məqalədə öz əksini tapmışdır. Məqalədə hibrid müharibədə tətbiq edilən güc və bir çox güc alətlərini eyni vaxtda sinxronlaşdırmaqla aktorların idarəçiliyində, aparılan döyüş elementlərinin dəqiq istifadə edilməsi bacarığından bəhs edilmişdir.
Açar sözlər: müharibə anlayışı, kiber muharibələr, müasir texnologiyaların müharibəyə təsiri, hibrid muharibələr, müharibə növləri
Babek Allahverdiyev
National Defense University
Military Scientific Research Institute
adjunct
Concept of war and modern wars
Abstract
The article deals with the general understanding of war. At the same time, the article gave brief information about the theory of war. Both ancient and modern types of war were analyzed in a comparative way. The great dangers that modern wars can pose have been widely explored. Information about the principles and rules of hybrid wars, which are of special importance among modern wars, is also reflected in the article. The article talks about the power applied in hybrid war and the ability to use the combat elements accurately in the management of actors by synchronizing multiple power tools at the same time.
Keywords: concept of war, cyber wars, impact of modern technologies on war, hybrid wars, types of war