Şəlalə Nəbiyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Təranə Əliyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Amalya Rzayeva
Azərbaycan Dövlət Aqrar Universiteti
MƏRKƏZİ BANKIN MAKROPRİDENSAL TƏNZİMLƏNMƏ SİYASƏTİ
Xülasə
Məqalə Mərkəzi Bankın ölkədə maliyyə sabitliyinin təmin olunması məqsədi ilə həyata keçirdiyi makropridensal tənzimləmə siyasətinin mahiyyətinə həsr edilmişdir.
Mərkəzi Bankın pul- kredit siyasətini həyata keçirmək üçün tətbiq etdiyi alətlər və cari il üçün həyata keçirilən pul siyasətinin yekunları, pul- siyasətinin məqsəd və vəzifələri öz əksini tapmışdır. Məqalədə Mərkəzi Bankın strategiyasının müəyyən edilməsinin əsas prinsiplərindən biri pul kütləsinin artım sürətinin və milli pul vahidinin xarici valyutalara nisbətən kursunun tənzimlənməsi, cari ildə faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi, məcburi ehtiyat normalarının hesablanması və saxlanılması qaydalarına edilən dəyişikliklər öz əksini tapmışdır. Mərkəzi bankın açıq bazarda qiymətli kağızlarla həyata keçirdiyi alqı- satqı əməliyyatlarının mahiyyəti verilmişdir.
Açar sözlər: Mərkəzi Bank, pul-kredit siyasəti, açıq bazarda əməliyyatlar, məcburi ehtiyat normaları, REPO əməliyyatı, faiz dəhlizinin parametrləri
Shalala Nabiyeva
Azerbaijan State Agrarian University
elekberlimehemmed@mail.ru
Tarana Aliyeva
Azerbaijan State Agrarian University
terane.aliyeva64@bk.ru
Amalya Rzayeva
Azerbaijan State Agrarian University
amalya_rzayeva@mail.ru
Macroprudential regulatory policy of the Central Bank
Abstract
The article is devoted to the essence of the macroprudential regulation policy implemented by the Central Bank in order to ensure financial stability in the country.
The instruments used by the Central Bank to implement monetary and credit policy and the results of the monetary policy implemented for the current year, the goals and objectives of the monetary policy have been reflected. In the article, one of the main principles of determining the strategy of the Central Bank is reflected in the regulation of the rate of growth of the money supply and the exchange rate of the national currency unit in relation to foreign currencies, the determination of the parameters of the interest rate corridor in the current year, the changes made to the rules for calculating and maintaining mandatory reserve norms. The essence of the purchase and sale operations of the central bank with securities in the open market is given.
Keywords: Central Bank, monetary-credit policy, open market operations, mandatory reserve norms, REPO operation, interest corridor parameters